Oleq Medunitsa: Brüssel forumunda dünya üçün ciddi mesajlar verildi

Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi mesajlar verildi.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında forumda iştirak edən Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa deyib.

Azərbaycanın da separatizmə və işğala məruz qaldığını xatırladan ukraynalı deputat bildirib ki, illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmaması terrorizm və etnik separatizmin coğrafiyasının genişlənməsinə təsir edib. O vurğulayıb ki, bu gün dünyada baş verən münaqişələrin həlli məsələsində ikili standartlar mövcuddur. Bu amil də beynəlxalq separatizmin yayılmasına təkan verir.

“Təkcə keçmiş SSRİ ölkələri olan Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovada mövcud separatizm və münaqişələrə qarşı effektli mübarizə aparılsaydı, indi digər dövlətlərdə də yeni münaqişə ocaqları yaranmazdı. Beynəlxalq hüququn təməl prinsiplərinə əməl edilməməsi dünya səhnəsində təhlükəli proseslərə ayaq açıb”, - deyə O.Medunitsa əlavə edib.

Ukraynalı deputat vurğulayıb ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar işğalçılığa, separatizmə qarşı effektli mübarizə aparmalıdırlar.

Emil HÜSEYNLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında