Hindistan səfiri: Bakı Şopinq Festivalı istehsal sahəsinin şaxələndirilməsinə zəmin yaradır

“Azərbaycanda şopinq festivalın keçirilməsi qeyri-neft sektorunun inkişafını göstərir. Xüsusilə ölkəyə turist axını baxımından əlverişli layihədir”.

Hindistanın Azərbaycandakı səfiri Sancay Ranan bakushopfest.com saytına açıqlama verib.

Səfirin sözlərinə görə, belə festivalı təşkil etmək ilk növbədə böyük iqtisadi potensial tələb edir.

“Şopinq Festivalın əhəmiyyəti həm də ondadır ki, bu, ölkənin istehsal sahəsinin şaxələndirilməsinə zəmin yaradır. Azərbaycan hökuməti artıq ikinci dəfədir ki, şopinq festival keçirir. Və nəticədə ölkəyə turist axını müşahidə olunur. Hindistandan gələn turistlər də Bakı Şopinq Festivalına maraqla yanaşırlar. Məlum olduğu kimi, Bakıda böyük Hindistan sərgisi təşkil olundu. Bu sərginin iştirakçıları da festivalın əlverişli imkanlarından yararlandılar”, – deyə səfir bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında