Gürcüstan ekspertləri: BTQ Cənubi Qafqaza və Mərkəzi Asiyaya tərəqqi gətirəcək

“Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin Cənubi Qafqaz regionu üçün çox mühüm əhəmiyyəti var. Bu yol Gürcüstan üçün faktiki olaraq Avropa ilə birinci dəmir yolu əlaqəsidir. Gürcüstan bu dəmir yolu ilə iqtisadi gücünü möhkəmləndirməyə nail olacaq”.

Bu sözləri APA-ya açıqlamasında Gürcüstanın Əməkdar jurnalisti, politoloq Badri Naçkebiya deyib. O bildirib ki, BTQ həm də Çin tərəfindən elan olunmuş “Bir kəmər, bir yol” layihəsinin mərhələsidir: “Biz Gürcüstan, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya regionunda yeni tərəqqiyə şahid olacağıq. Gələcəkdə Gürcüstan, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələrinin təmsil olunacağı yeni iqtisadi birliyin yaradılacağını istisna etmirəm”.

B.Naçkebiya BTQ dəmir yolunun regionda siyasi vəziyyətə də müsbət təsir edəcəyini hesab edir: “Bu dəmir yolu regionda sabitliyi daha da möhkəmləndirəcək”.

Gürcüstanın İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli də BTQ dəmir yolunun böyük iqtisadi və siyasi əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bakı-Tbilisi-Qars dəmir yolu həm Gürcüstan, Türkiyə, Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına artıq təsir edir. Gələcək nəsillər də bu layihənin əhəmiyyətini çox yüksək qiymətləndirəcəklər. Azərbaycan və Gürcüstan tərəfdaş ölkələrlə birgə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində yeni əməkdaşlıq mərhələsinə nail olublar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında