Ömər ELDAROV: İstedadlı gənc rəssam Məryəm Ələkbərlidə sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşmişdir

 

 

 

İstedadlı gənc rəssam Məryəm Ələkbərlidə sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşmişdir. Bu, çox mürəkkəb məsələdir. Onun əsərləri heyrət doğurur.

AzərTAc xəbər verir ki, bu sözləri Müasir İncəsənət Muzeyində xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov jurnalistlərə müsahibəsində demişdir. O, bildirmişdir ki, istedadlı gənc rəssam olmaq, hissləri, emosiyaları yetkin sənətkar səviyyəsində ifadə etmək mənim üçün həqiqətən çox gözlənilməzdir. Məryəm Ələkbərli öz əsərlərində gördüyü və hiss etdiyi dünyanı sevgi ilə əks etdirir. İncəsənət aləmində kimisə təəccübləndirmək çətindir. M.Ələkbərli isə hər dəfə öz əsərləri ilə bizi təəccübləndirir. O nadir istedaddır. Gənc rəssamın kətan üzərində yaratdığı rəsmlər onun hisslərini, istəklərini, bu dünya haqqında düşüncələrini əks etdirir. Onun yaradıcılığının görkəmli rəssamların rəğbətini qazanması qürur hissi doğurur. Məryəm Ələkbərli kimi istedadlı gəncimizlə fəxr edirəm.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında