Türkiyədə eviniz olsun?!

 

“Okçu Daşınmaz Əmlak” şirkətinin Azərbaycandakı

nümayəndəliyi sizi bu arzunuza çox asan çatdırar

Türkiyə qanunları bir il öncə Azərbaycan vətəndaşlarına da mülkiyyət sahibi olmaq hüququ verəndə çoxları xəyallarını gerçəkləşdirmək arzusunda oldu. Amma ev almaq o qədər də asan iş olmadığından elə o andan da bir sıra çətinliklərlə üzləşməli olursan. Ortaya çıxan suallarsa onlarcadır. Nə almalı? Bina mənzilimi, yoxsa  bir həyət evimi? Böyüklüyü nə qədər, otaq sayı, qiyməti nə qədər olsun? Harada?  Dənizə, ya dağlara, yoxsa şəhər mərkəzinə yaxın olsun?

 Küçə-küçə, dalan-dalan evləri gəzməyin necə bir az zəhmətli iş olduğunu kimlərəsə anlatmaq çətin deyil. Amma bu yorucu mərhələləri keçib istədiyiniz əmlakı satın aldıqdan sonra da satın aldığınız evlə bağlı ətraflı məlumata sahib olmalısınız. Aldığınız əmlakın ayrıca sığortası edilməli və lazımı  sənədləri hazırlanmalıdır. Sona qədər  təhlükəsizliyin hər şey olduğunu unutmamalısınız. Sənəd hazır olana qədər ödənişlərin hamısını edib-etməmək də sizə bir həyəcan yaşadacaq. Səlahiyyətli əmlak ofisindən,  ya da Türkiyədə xaricilərə əmlak satışı sahəsində mütəxəssis olan bir vəkildən də  professional məsləhətlər almağa ciddi ehtiyac duyacaqsınız. 

Üzləşə biləcəyiniz bu və bu kimi bütün problemlərdən uzaq olmaqla xəyal etdiyiniz evinizə həyəcansız və qayğısız sahib olmaq şansını sizlərə “Okçu Daşınmaz Əmlak”  şirkəti verəcək. Bu barədə şirkətin Azərbaycandakı nümayəndəsi İlyaz Ayaydın danışır:

– Şirkətimiz satış və marketinq sahəsində uzun müddət avtomobil sektorunda rəhbər mövqelərdə çalışmış, ixtisaslaşmış sahibkar olan Ali Okçu tərəfindən qurulmuşdur. Daşınmaz əmlak yatırımına yeni nəzər nöqtəsi gətirməyi hədəfləyən şirkət 2008-ci ildə Antalyanın ən çox inkişaf edən bölgələrindən Konyaaltında quruldu. “Okçu Daşınmaz Əmlak” (“Okçu Gayrimenkul”) istər fiziki, istərsə də hüquqi müştərilərin ehtiyaclarına yönəlmiş 20 nəfərlik professional bir komanda ilə işə başladı.  Konyaaltında 300 kvadrat metr ikinci ofisini və Azərbaycanda - Bakıda nümayəndəlik açılışı ilə mükəmməl bir xidmət göstərməyi qarşısına məqsəd qoydu.

– Bu gün Türkiyənin əmlak bazarında şirkətinizin yerini necə dəyərləndirirsiniz?

– Türkiyədə françayzing şəklində xidmət göstərən beynəxalq əmlak şirkətlərinin sayı çoxdur. Əgər onları nəzərə almasaq yerli əmlak şərkətləri arasında kifayət qədər layiqli bir yer tutmaqdayıq. Türkiyədə özümüzü ilk 10-da görürük, Antalyada isə lider mövqedəyik.

– Antalyadan başqa Türkiyənin hansı bölgələrində fəaliyyət göstərirsiniz?

– Hal-hazırda İstanbul və İzmirdə önəmli inşaat firmaları ilə əməkdaşlığımız var. İstanbul və İzmirdə açacağımız şöbələrin bünövrəsi qoyulmaqdadır, ən azı 15 nəfərlik satış-marketinq üzrə təhsil almış professional kadrlarla ən qısa müddətdə İstanbul və İzmir şöbələrimiz açılacaqdır.

– Xarici ölkələrdə necə, işlərinizi qura bilmisinizmi?

– 5 ildir xaricdə ortaq firmalarla işləyirik. Bu il öz xarici nümayəndəliyimizi qardaş ölkə Azərbaycanın paytaxtı Bakıda açdıq. İlk mərhələdə  Rusiya - Moskva və Şimali İraq - Ərbildə nümayəndəlik açmağı planlaşdırırıq. Orta müddətlik strategiyamızda 19 ölkədə nümayəndəlik açmağı hədəfləyirik. Böyük Atatürk Antalya üçün “Antalya, şübhəsiz, dünyanın ən gözəl şəhəridir” demişdir. Həqiqətən, ildə 300 gün günəşli havasıyla, möhtəşəm dənizi və təbii gözəllikləriylə, hər zaman mövcud olan təzə meyvə-tərəvəz və balıq məhsulları, ucuzluğu, qonaqpərvərliyi, yardımsevər insanları, güvənli şəraiti ilə Antalya hər zaman Avropa, Rusiya və Ukrayna vətəndaşları üçün cazibə mərkəzi olmuşdur. Bu gün də belədir.

-Azərbaycanda ofis açmağınız hansı zərurətdən yarandı?

- Türk dünyasının böyük lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik”  deyimi artıq çoxdan öz təsdiqini tapıb. Hazırda bir çox iqtisadi, siyasi, mədəni layihələrin həyata keçirilməsi yalnız bu iki dövlətin ardıcıl birgə səyləri nəticəsində mümkün olur. Ümumiyyətlə, türk dünyasının bütövlüyü, onun özünü vahid geosiyasi məkanda və platformada dərk etməsi,  buradakı proseslərə birgə təsir imkanlarına malik olması   Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Hazırda Azərbaycan-Türkiyə münasibətlərinin yeni, ən sıx müttəfiqlik mərhələsi yaşanılır. Qardaş Azərbaycan xalqını çox sevirik, bir millət, iki dövlət şəklində olan güclü bağlarımız ilk nümayəndəliyimizin Bakıda açılmasının başlıca səbəbidir. Məqsədimiz sadəcə əmlak satışını gerçəkləşdirmək deyil, həm də iki qardaş ölkə arasında mövcud olan güclü  əlaqələri daha da möhkəmləndirməkdir.

– Azərbaycandakı fəaliyyətinizdən razısınızmı? Bu az vaxtda özünüzü tanıda bilməyiniz yaxşı amildir, buna necə nail oldunuz? Antalyanın hansı bölgələrində hansı tip evləri təklif edirsiniz?

– Azərbaycanda özümüzü olduğumuz kimi dürüst və şəffaf şəkildə tanıtdıq. Səmimi münasibətimiz təmas etdiyimiz bütün dairələr tərəfindən son dərəcə müsbət qarşılandı. Antalya, Aralıq dənizi bölgəsi, İstanbul, İzmirdə hər növ və ölçülərdə mənzil və villalar, ticarət obyektləri, otellər və torpaq sahələri satış platformamıza daxildir.

– Bəs satış şərtləriniz nədir? Hansı özəlliklərlə müştərilərdə maraq yaradırsınız?

– Satış şərtlərimizə – əmlak dəyərinin 30 faizini ilkin ödəniş etdikdən sonra məbləğin qalan hissəsini bank yolu və ya əmlakdan asılı olaraq şirkətimiz tərəfindən verilən kreditlə ödəmək mümkündür. Ev alan müştəri onun sahibi olur, bir illik yaşamaq hüququ alır və hər il bu viza avtomatik artırılır. Müştəri məmnuniyyəti üçün əlimizdən gələn hər şeyi edirik. Satın alınmış mülkün arzu edildiyi təqdirdə təkrar satılması və ya kirayə verilməsi ilə də məşğul oluruq. Biz “Okçu Daşınmaz Əmlak” olaraq müştərilərimizin rahat olması və güvənli bir investisiya həyata keçirməsi üçün hər şərait yaradırıq.

 

Namiq ƏHMƏDOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında