Prezident İlham Əliyevin təşəbbüsü ilə birgə ortaq türk tarixi araşdırılacaq, yaradılacaq və yazılacaqdır

 

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə birgə ortaq türk tarixi araşdırılacaq, yaradılacaq və yazılacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov jurnalistlərə müsahibəsində söyləmişdir. Bildirmişdir ki, birgə ortaq türk tarixinin araşdırılması, yaradılması və yazılması istiqamətində AMEA-nın Tarix İnstitutu ilə Atatürk Araşdırma Mərkəzi arasında “Elmi əməkdaşlıq protokolu” imzalanmışdır. Bu istiqamətdə türk tarixçiləri ilə müxtəlif danışıqlar aparılmış və birgə razılıq əldə olunmuşdur.

Y.Mahmudov bu uğuru Prezident İlham Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Şəkiyə səfəri zamanı azərbaycanlı alimlər onunla görüşmüş və dövlətimizin başçısının təşəbbüsü ilə qərara alınmışdır ki, Azərbaycan tarixçiləri türkiyəli alimlərlə birgə ümumtürk tarixinin araşdırılması işinə başlasınlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında