İnformasiya agentlikləri informasiya körpüləri yaratmağa imkan verir

 

 

İnformasiya agentlikləri bütün cəmiyyətin həyat ritmini duymağa kömək edən informasiya körpüləri yaratmağa imkan verir.

MDB informasiya agentliklərinin rəhbərləri Şurasının sədri, İTAR-TASS agentliyinin kollegiya sədri Vitali İqnatenko bu fikri MDB İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasında jurnalistlərə verdiyi müsahibəsində söyləmişdir.

Vitali İqnatenko jurnalistlərin diqqətinə çatdırmışdır ki, MDB ölkələrinin KİV-lərini vahid informasiya məkanında birləşdirən İnformasiya Şurası on yeddi ildir ki, fəaliyyət göstərir. Bu şura bizim bir-birimizi yaxşı tanımağımız üçün işləyir. Bütün agentliklərin tarixi əməkdaşlıq perspektivini görməsi çox vacibdir.

Vitali İqnatenkonun fikrincə, şura üzvlərinin məhz Azərbaycanda toplaşması çox vacibdir. Bizdə tam düzgün informasiya məkanı yaranmışdır. Çoxlu qəzetlər buraxılır, dövlətlərimiz müxtəlif informasiya mənbələrinin əlyetərli olması baxımından yaxşı nümunə göstərirlər. Bu, bizim həmişə can atdığımız idealdır. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında