Mübariz QURBANLI: Azərbaycan kosmik ölkələr klubuna daxil olmaqla bölgədə liderlik mövqeyini daha da möhkəmləndirir

 

 

Azərbaycan kosmik ölkələr klubuna daxil olmaqla bölgədə liderlik mövqeyini daha da möhkəmləndirir, güclü ölkə olduğunu nümayiş etdirir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycan peykinin orbitə buraxılmasına münasibət bildirərkən demişdir.

Millət vəkili qeyd etmişdir ki, hər bir Azərbaycan vətəndaşı ölkəsinin inkişafından qürur duyur: “Azərbaycanın kosmik fəzaya peyk çıxarması, növbəti kosmik proqramları həyata keçirmək üçün genişmiqyaslı fəaliyyətə başlaması Azərbaycanın Cənubi Qafqazda əsl lider dövlət olduğunu bir daha təsdiq edən  mühüm hadisədir”.

Cəmi 20 illik müstəqillik dövrünü yaşayan, eyni zamanda, müstəqilliyin ilk illərində Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycan öz peykini orbitə çıxarmaqla ötən illər ərzində sürətli inkişaf yolu keçdiyini bir daha təsdiqlədi: “Bu, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nəticəsidir, modernləşən Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasətin davamıdır, Prezident İlham Əliyevin strateji hədəflərinin dəqiqliyidir. Bu gün Azərbaycan peykinin orbitə çıxarılması ilə biz kosmik ölkələr klubuna daxil olduq, həmçinin bu hadisə Azərbaycanı dünya miqyasında, beynəlxalq aləmdə kosmik sənaye sahəsində nailiyyətlər qazanan ölkələr sırasına daxil etdi...Bu, müəyyən mənada yarışdır və biz bütün sahələrdə Ermənistanı üstələmişik. İqtisadiyyat, mədəniyyət, idman, o cümlədən diplomatiya sahəsində. Elmi nailiyyətlər və onun nəticələrindən istifadə sayəsində uğur qazanmışıq. Burada da biz Ermənistanı ən azı bir neçə onillik qabaqlamış olduq”.

M. Qurbanlı vurğulamışdır ki, peykimizin orbitə buraxılmasının iqtisadi əhəmiyyəti yüksəkdir — Azərbaycan öz peyki vasitəsilə telekommunikasiya sisteminə qoşulur, bir neçə ildən sonra isə həmin peykdən telekommunikasiya ilə bağlı əldə olunan gəlirlərdən Azərbaycanın büdcəsinə daxilolmalar həyata keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında