Mübariz QURBANLI: Əkrəm Əylisli təqib olunmur

 

 “Əkrəm Naibov Azərbaycan xalqının ona verdiyi etimadı doğrultmadı, yazdığı cəfəngiyyatla erməni təbliğatına, ideologiyasına uydurma, heç bir tarixi fakta söykənməyən material verdi. Azərbaycan Prezidenti məhz xalqın etimadını doğrultmadığı üçün Əkrəm Əylislidən xalq yazıçısı adını geri aldı”. BunuAPA -ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı demişdir.

Bədii əsərin insanların təfəkküründə böyük rol oynadığını vurğulayan M. Qurbanlı Ə. Əylislinin romanda Azərbaycan tarixini tamamilə qeyri-obyektiv əks etdirdiyini diqqətə çatdırmışdır: “Bu, Azərbaycan xalqına xəyanətdir. Olkə ictimaiyyətinin geniş etirazına səbəb olduğu üçün Azərbaycan Prezidenti xalqın səsini eşidərək onun ”Xalq yazıçısı" adından məhrum edilməsi barədə sərəncam vermişdir. Ədalət öz yerini tutdu, lakin Əkrəm Əylislinin bizə vurduğu mənəvi ziyanı biz hələ çox hiss edəcəyik".

Millət vəkilinin fikrincə, Ə. Əylisli prezident sərəncamına qədər özü bu fəxri addan imtina etməli idi: “Lakin o, bunu etmək əvəzinə, müxtəlif xarici təşkilatların, ölkələrin Azərbaycandakı nümayəndəliklərinə müraciət edir ki, guya təqib olunur. Bu, tamamilə yalandır, Əkrəm Əylislini heç kim Azərbaycanda təqib etmir və edə bilməz. Onu ancaq öz vicdanı təqib edir”.

 M. Qurbanlı Ə. Əylislini müdafiə edənlərə də müraciət etmişdir: “Onu bu xəyanətindən sonra müdafiə edənlər ya romanı oxumayıblar, ya bədii əsəri qavraya bilməyiblər, ya da azərbaycançılıq hissləri yoxdur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında