Fövqəladə Hallar Nazirliyi zəlzələ zonasındakı təhlil işlərinin 85 faizini yekunlaşdırmışdır

Zaqatala və ətraf rayonlarda baş verən zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırma, təhlil işlərinin 85 faizi yekunlaşmışdır. Qalan 15 faiz işlər isə yaxın günlərdə başa çatacaqdır. 
Bu barədə iyunun 18-də ombudsmanların Bakıda keçirilən 10-cu konfransında iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində bildirmişdir.
Nazir demişdir ki, artıq 21 min ev və sosial obyekt təhlil olunmuşdur. Bunlardan 2 min 944 ev qəzalı olduğundan yenidən tikiləcəkdir. Təxminən 3 min 500-dən çox evdə təmir-bərpa işləri görülməlidir. Amma onların da bəzilərinə baxılacaqdır. Ola bilər ki, bu evlərdən də bəziləri qəzalı evlər sırasına düşsün və yenidən tikilsin.
K.Heydərov qeyd etmişdir ki, zəlzələ zonasındakı 25 məktəbin bir çoxunda tikinti və bərpa işləri artıq başlamışdır. Yeni tədris ilindən bu məktəblər istifadəyə veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında