Yeqor Konçalovski: Bakıda transmədəniyyətlərin bir-birilərini maraqlı tamamlaması əla kino üçün yaxşı zəmindir

Bakıda transmədəniyyətlərin bir-birilərini maraqlı tamamlaması əla kino üçün yaxşı zəmindir. Trend-in məlumatına görə, bu barədə şənbə günü rusiyalı rejissor Yeqor Konçalovski Bakıdakı mətbuat konfransında bildirib.
Məşhur rusiyalı rejissor Yeqor Konçalovski Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıya həsr olunmuş yeni, tammetrajlı bədii film layihəsinə start verməyə hazırlaşır. Film üzərində azərbaycanlı, rus, fransalı və britaniyalı rejissorlar çalışacaqlar. Filmin baş prodüseri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olacaq.
"Bakıda layihə həyata keçirmək mənim üçün böyük şərəfdir, burada mənim çoxlu dostlarım var, lakin ölkəni və xalqı öyrənmək üçün vaxt keçirmək, işləmək, şəhəri iç tərəfdən öyrənmək lazımdır. Mən bu layihəyə nikbinliklə baxıram, çünki bu filmin istehsalı idrak xarakteri daşıyır. Müasir Azərbaycan barədə göstərəcək və danışacaq yaxşı film çəkməyə imkan verən Bakı mənim çox xoşuma gəlir", - deyə bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan on rejissor Bakı barəsində on novella çəkəcək. Rejissorların əksəriyyəti azərbaycanlılar olacaq, lakin layihəyə bir neçə xarici rejissor da cəlb edilmişdir:
"Qarşımızda böyük iş durur, bir ay ərzində biz lentə alacağımız on əhvalatı toplamağı planlaşdırırıq. Hər novellanın 10 dəqiqə çəkəcəyinə baxmayaraq, hər filmin öz ksatinqi, öz aktyorları olacaq".
Çəkilişlərin gələn ilin mart və aprel aylarında aparılacağını vurğulayan Konçalovski demişdir: "2013-cü ilin əvvəlində biz filmin çəkilişini tamamlamağı planlaşdırırıq. Biz həmçinin istərdik ki, filmdə məşhur, yaxşı, o cümlədən xarici aktyorlar çəkilsinlər... Film ola bilsin ki, yalnız Bakıda baş verə biləcək əhvalatlardan ibarət olsun. Film müxtəlif dillərdə çəkiləcək və daha sonra dublyaj ediləcək".
Hazırda layihə ssenarinin hazırlanması mərhələsindədir. Ona görə də filmin istehsalının təxmini müddəti və adı hələlik məlum deyil.
Qeyd edək ki, bütün dünyada belə layihələr həyata keçirilir. "Paris, mən səni sevirəm", "Nyu-York, mən səni sevirəm " və "Moskva, mən səni sevirəm" kimi filmlər artıq ekrana çıxmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında