Araz Əzimov: Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir

Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
A.Əzimov bildirib ki, bu baxımdan Kəlbəcər rayonu ərazisindən hər hansı bir yolun çəkilməsi və digər təşəbbüslər Cenevrə konvensiyalarına ziddir.
XİN rəsmisinin sözlərinə görə, bu, Ermənistanın konvensiyaları pozduğu ilk hal deyil və bu, Yerevan tərəfindən atılan növbəti addım olacaq. Lakin Ermənistan rəhbərliyi bilməlidir ki, bütün addımlara görə cavab verməli olacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Araz Əzimovun sözlərinə görə, Ermənistan tərəfindən çox eşidirik ki, onlar Kazan sənədini qəbul ediblər.
"Lakin demək istəyirəm ki, 2010-cu ilin yanvarında Ermənistan Prezidenti Sarkisyan Yenilənmiş Madrid prinsipləri adlandırılan və Minsk qrupu həmsədrlərinin ölkələrinin təklif etdiyi sənədi rədd edib. Ondan sonra həmsədrlərdən biri bəzi təkliflər verdi. Bu təkliflər uyğun sayılmadığı üçün Azərbaycan tərəfindən qəbul edilmədi. Ermənistan rəhbərliyinin Kazan görüşü ilə bağlı iddiaları sadəcə, düzgün deyil və həqiqətdən uzağa aparan iddialardır. Mən istərdim ki, onlar heç olmasa, keçənilki vəziyyətə nəzər salsınlar", - deyə XİN rəsmisi əlavə edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında