Kəmaləddin HEYDƏROV: Boksçularımız həm medal, həm də lisenziya qazanmaq üçün rəşadətlə mübarizə aparacaqlar

Son illər boksçularımız dünya arenasında müvəffəqiyyətlə çıxış edirlər. Azərbaycanda idmanın bu növünü inkişaf etdirmək məqsədi ilə inşa olunacaq yeni bina idmançılarımıza stimul verəcəkdir. Onlar burada rahat məşq edə biləcəklər.
Bu sözləri sentyabrın 25-də Bakıda Azərbaycan Boks Federasiyasının (ABF) inzibati binasının təməlqoyma mərasimində federasiyanın prezidenti Kəmaləddin Heydərov demişdir.
O bildirmişdir ki, bu kompleksdə təkcə paytaxt boksçuları deyil, həm də bölgələrdən olan idmançılar hazırlıq keçəcəklər. Qarşıda boksçularımızı böyük sınaq gözləyir. Sentyabrın 26-dan oktyabrın 8-dək ölkəmizdə 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya verən boks üzrə dünya çempionatı keçiriləcəkdir. İdmançılarımız bu mötəbər yarışa ciddi hazırlaşmışlar. Mən əminəm ki, boksçularımız həm medal, həm də lisenziya qazanmaq üçün rəşadətlə mübarizə aparacaqlar. Federasiyanın prezidenti vurğulamışdır ki, son zamanlar BBC teleradio yayım korporasiyası həm ABF, həm də Beynəlxalq Boks Assosiasiyasının (AİBA) ünvanına səsləndirdiyi böhtanın layiqli cavabını alacaqdır. Kiməsə istinadla qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək düzgün addım deyil. Bu, sadəcə olaraq böhtandır. AİBA güclü imicə malik olan bir qurumdur. Kənardan kiminsə bu quruma ləkə yaxması mümkünsüzdür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında