Azərbaycan vətəndaşı bu gün siyasi cəhətdən çox yetkindir

Son günlər sosial şəbəkələrdə din pərdəsi altında antiazərbaycan təbliğatı güclənib. Xaricdəki bir sıra şər qüvvələr ölkəmizdə dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı barədə böhtan xarakterli saxta məlumatlar yayırlar. 
 
Həyasızlıq o yerə çatıb ki, bu antimilli qüvvələr hətta Azərbaycan iqtidarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllini istəmədiyini iddia edirlər. Sosial şəbəkələrdə müstəqil dövlətimizə qarşı aparılan bu böhtan kampaniyası ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri arasında dərin narazılıq və ikrah hissi doğurub. Bu barədə söz düşəndə qocaman neftçi - alim, texnika elmləri namizədi Baba ƏHMƏDLİ bunları dedi:
– Mən Azərbaycan dövlətinə, onun rəhbərliyinə, bütövlükdə, xalqımıza qarşı hər cür şər və böhtan atanları qətiyyətlə pisləyirəm. Təəssüf ki, onların arasında “sapı özümüzdən olanlar” da çoxdur. Bunlar başa düşmürlər ki, din pərdəsi altında xalqımızın heysiyyatına toxunmaqla, bilərəkdən, yaxud bilməyərəkdən, düşmən dəyirmanına su tökürlər. 
Heç birimiz üçün sirr deyil ki, sosial şəbəkələrdə xalqımıza qarşı aparılan hədyan kampaniyasını sifariş edən qüvvələr var. Onlar son illər sürətlə inkişaf və tərəqqi edən ölkəmizdə xaos və qarşıdurma yaratmaq arzusundadırlar. Sifarişçilərin niyyəti bəlldir: Azərbaycan dövlətinin məhv etmək, milli sərvətlərimizi ələ keçirmək! 
Əminəm ki, düşmənlərimizin arzusu yenə də ürəklərində qalacaq! Belə ki, Azərbaycan dövləti bu gün kifayət qədər güclüdür. Heç bir qüvvə ölkəmizdə xalq-iqtidar birliyini sarsıda bilməz. 
Hesab edirəm ki, Azərbaycan vətəndaşı bu gün siyasi cəhətdən çox yetkindir. O, xalqımıza, dövlətçiliyimizə atılan qara daşların haradan və hansı məqsədlə atıldığının fərqindədir. Xalqımız heç vaxt düşmənin bəd niyyət və felinə uymaz!  
Söhbəti qələmə aldı:
M.HACIXANLI, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında