Rüstəm XƏLİLOV: Tarif (qiymət) Şurasının qərarına hörmətlə yanaşmaq lazımdır

Xəbər verildiyi kimi, Tarif (qiymət) Şurasının qərarı ilə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər müəyyənləşdirib. On ildən artıq idi ki, müntəzəm avtobus marşrutları üzrə və metroda sərnişindaşıma xidmətlərinin tarifləri dəyişməz olaraq qalırdı. Hətta bu müddətdə enerji daşıyıcılarının qiymətində artım olsa da, sərnişindaşıma nəqliyyat xidmətlərində artım müşahidə olunmamışdı. 
 
Son 10 ildə ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin, habelə ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, yeni rahat və müasir tələblərə cavab verən marşrut avtobuslarının sərnişinlərin ixtiyarına verilməsi, eyni zamanda, metro stansiyalarında əsaslı yenidənqurma işlərinin aparılması, yeni vaqonların alınması nəqliyyat xidmətlərində qiymətlərin artırılmasına təsir etməyə bilməzdi. Bununla yanaşı, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatının dövlət büdcəsindən asılılığının azaldılması da Tarif (qiymət) Şurası tərəfindən kompleks şəkildə araşdırılmış və məsələ şuranın iclasının gündəliyinə daxil edilmişdir.
Milli Məclisin deputatı Rüstəm XƏLİLOV Tarif (qiymət) Şurasının metro və avtobuslarda gediş haqqının artırılması ilə bağlı qərarına münasibət bildirəkən dedi:
– Hər bir kəs bu qərara normal yanaşmalıdır. Burada təəccüblü heç nə yoxdur. Son illər ərzində bu sahədə bir dəfə də olsun artım müşahidə olunmayıb. Ona görə də bəzi üzdəniraqların şou yaratmasına ehtiyac yoxdur. Tarif Şurası məsələyə baxıb, müzakirə edib və müvafiq qərar qəbul edib. Burada qeyri-adi nəsə yoxdur. Bir çox ölkələrdə də mütəmadi olaraq bu cür qərarlar qəbul edilir. Nəzərə almaq lazımdır ki, son on ildə əhalinin bütün sahələr üzrə gəlirləri artıb, həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilb. Hər il mühüm sosial layihələr icra olunur. Dünyanı maliyyə və iqtisadi böhran bürüsə də, ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, qərarlar qəbul olunur, yeni layihələr təsdiqlənir. Bütün bunların qarşısında avtobus marşrutları üzrə və metroda sərnişindaşıma xidmətlərinin qiymətlərinin 20 qəpikdən 30 qəpiyə qaldırılması bəzilərinin dediyi kimi, heç də yüksək artım deyil. 
R.Xəlilov sərnişindaşıma nəqliyyatında qiymət artımının digər sahələrə də təsir edəcəyi barədə verdiyimiz sualı cavablandırarkən dedi:
– Bu qərarın digər sahələrdə qiymət artımına təsir göstərəcəyi ilə bağlı səslənən fikirləri düzgün hesab etmirəm. Bu fikirləri səsləndirənlər ölkəmizin inkişafını gözü götürməyən araqarışdıranlardır. Onlar belə məqamlardan sui-istifadə edərək, ölkədə çaşqınlıq yaratmaq istəyirlər. Lakin hər dəfə də xəbis niyyətləri ürəklərində qalır. Xalq artıq kimin kim olduğunu çox yaxşı bilir. Əhali görür ki, onların həyat səviyyəsinin getdikcə yaxşılaşdırılması üçün dövlətimizin başçısı bütün imkanlardan istifadə edir. Ona görə də Tarif Şurasının qərarına normal yanaşmaq lazımdır. Belə hallar dünyanın hər yerində olur. Eyni zamanda, Azərbaycanda da olması labüddür.
Söhbəti qələmə aldı:
 Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında