Bakının Paris ilə əlaqələrinin genişlənməsi ölkəmizin nüfuzunun artdığına dəlalət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fransalı həmkarı Emmanuel Makronun dəvəti ilə bu il iyulun 19-da Fransaya səfərə gəlib. Dövlətimizn başçısı paytaxt Parisdə dövlət və hökumət rəhbərləri, eləcə də bir sıra iri şirkətlərin başçıları ilə görüşərək mühüm müzakirələr aparıb. 
 
Azərbaycan Prezidentinin Fransaya səfəri, burada keçirdiyi vacib görüşlər, bu görüşlərdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qaldırılan mühüm məsələlər ölkəmizin geniş ictimaiyyəti arasında dərin razılıq hissi doğurub. Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Minaxanım Əsədli bu barədə danışarkən dedi: 
– Reallıq budur ki, Fransa dövləti təkcə Avropa qitəsində deyil, bütün dünya siyasətində xüsusi çəkisi olan ölkələrdən biridir. Fransa kimi böyük bir dövlətə səfər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, rəsmi Bakının Paris ilə hərtərəfli əlaqələrinin genişlənməsi müstəqil ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığına dəlalət edir. Buna yalnız sevinmək lazımdır. 
Bəli, bu gün Azərbaycanla Fransa arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq sürətlə genişlənir. Təkcə təhsil sahəsində əlaqələrimizə dair bir misal çəkmək yerinə düşər. Belə ki, Bakıda Fransız Liseyi, eləcə də Azərbaycan-Fransız Universiteti fəaliyyət göstərir. Hər iki təhsil ocağı əlaqələrimizin inkişafına öz töhfəsini verir. 
Əminəm ki, hərtərəfli əlaqələrimiz bundan sonra da davamlı şəkildə genişlənəcək. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan Fransanı özünə yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Təqdirəlayiq haldır ki, analoji fikirləri Fransa rəsmiləri də səsləndirdilər. Yəni, Fransa da müstəqil Azərbaycanla əməkdaşlığa böyük önəm və dəyər verir. 
 
Söhbəti qələmə aldı:
 M. HACIXANLI, 
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında