Polipropilen zavodu Azərbaycan sənayesinin flaqmanı olacaq

İnamla demək olar ki, Azərbaycan dövlətinin iqtisadi siyasəti özünün pik həddində, zirvəsindədir. –Bu sözləri müxbirimizə verdiyi müsahibədə SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun baş energetiki, “Şöhrət” ordenli kimyaçı Akif Eminov söyləyib. O daha sonra deyib: 
 
– İyulun 18-də Azərbaycan və İtaliya Prezidentlərinin iştirakıyla Sumqayıtda işə salınan polipropilen zavodu ölkəmizin ixrac potensialını xeyli dərəcədə artıracaq, idxaldan asılılığı isə tamamilə aradan qaldıracaq. Dünyada məşhur olan İtaliya və Hollandiya şirkətlərinin, digər beynəlxalq qurumların bilavasitə iştirakı ilə inşa olunan yeni müəssisədə yüzlərlə soydaşımız çalışacaq, burada istehsal edilən məhsullar iqtisadiyyatın bir çox sahələrində əsas xammal kimi işlədiləcək və ölkəmizə böyük mənfəət gətirəcəkdir. Ümumi investisiya xərcləri 816 milyon manat olan “SOCAR Polymer”ın istismar dövründə 6,3 milyard dollar həcmində gəlir gətirəcəyi proqnoz edilir ki, bunun da üçdə-biri şirkətin xalis gəliri olacaq.
Sevindirici haldır ki, layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunur. Həmin məqsədlə vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdam, Milan və Mumbayda ixtisas kursları təşkil edib. Bütün bunlar müstəqilliyimizin daha bir mühüm nailiyyəti kimi əhəmiyyətlidir. 
Azərbaycanın qeyri-neft sektorunda əldə edilən bu böyük nailiyyət hələ son deyil. Lap yaxın zamanlarda daha böyük iqtisadi uğurlara imza atılacağına tam əminik.
 
Söhbəti qələmə aldı: 
Əli NƏCƏFXANLI,
 “Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında