Azərbaycanın qeyri-neft sektoru yüksəlişdədir

Ölkəmizin həyatında çox mühüm hadisələrdən biri – iyunun 18-də Sumqayıtda yeni böyük sənaye müəssisəsi olan polipropilen zavodunun açılışı oldu. Həmin tədbirdə Azərbaycanın və İtaliyanın dövlət başçılarının şəxsən iştirak etmələri milli iqtisadiyyatımızın daha bir möhtəşəm qələbəsidir.
 
Bir sumqayıtlı kimi hədsiz qürur hissi keçirirəm ki, şəhərimiz artıq dünyanın müasir sənaye mərkəzlərindən birinə çevrilir. Bir zamanlar Sumqayıtın adı ekoloji fəlakət ünvanları siyahısında “öncül” yerlərdən birini tutur, havanın çirklənməsi sakinləri çox narahat edirdi. Bu gün fəxrlə söyləmək olar ki, şəhərimiz modern texnologiyaların uğurla tətbiq edildiyi, ekoloji inkişafın təmin edildiyi bir məkandır. Burada yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və təbii ki, şəhərin inkişafı daha uğurla gedəcək. 
 Mən 40 ilə yaxın bir müddətdə Sumqayıtın kimya sənayesində işləmişəm. Son illərdə isə “Azərikimya” İstehsalat Birliyində fəaliyyət göstərmişəm. Bunları ona görə xatırladıram ki, yeni zavodun işə salınmasının necə böyük önəm daşıdığını vurğulamağa bir mütəxəssis kimi haqqım olduğunu göstərim. İtaliya Prezidenti Sercio Mattarella da açılış mərasimindəki nitqində bildirdi ki, Sumqayıt şəhəri öz potensialı ilə bu tədbirin əhəmiyyətini xüsusi olaraq nümayiş etdirir. Yeni müəssisələrin fəaliyyətə başlaması qeyri-neft sektorunun nailiyyətlərini daha da möhtəşəm edəcək.
Azərbaycan iqtisadiyyatının uğur üfüqləri genişləndikcə dövlətçiliyimiz daha da möhkəmlənir.
Zakir MƏMMƏDOV,
kimya üzrə fəlsəfə doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında