İtaliya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz töhfəsini verəcək

“İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. İlk növbədə ona görə görə ki, bu ölkə hazırda ATƏT-ə sədrlik edir. Hesab edirəm ki, rəsmi Roma sədrlik səlahiyyəti müddətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasında öz töhfəsini əsirgəməyəcək. Digər tərəfdən, bu səfəri Azərbaycanın uğurlu xarici siyasət yeritməsi baxımdan da yüksək dəyərləndirirəm. Hazırda Azərbaycan beynəlxalq aləmdə yüksək reytinq qazanmış müstəqil dövlətdir və dünya birliyinə sürətlə inteqrasiya olunur”. 
 
Bu fikirləri İtaliya Prezidentinin Azərbaycana rəsmi səfərinə münasibət bildirən Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı dedi ki, Azərbaycan inkişaf etmiş dövlətlərlə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə inkişafı üçün bütün imkanlardan istifadə edir. Bunu dövlətimizin başçısının xarici ölkələrə səfərləri, həmçinin bir sıra dövlət başçılarının, habelə hökumət nümayəndələrinin rəsmi səfərləri, imzalanan sənədlər də təsdiqləyir. Bu səfər də təsdiqlədi ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Bu məsələ hər iki ölkənin prezidentlərinin bəyanatlarında da öz əksini tapdı: “Azərbaycan Prezidenti cənab İlham Əliyev əminliklə bildirdi ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq. Daha sonra Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun uzun illərdir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olması faktı bir daha İtaliya prezidenti və onun rəhbərlik etdiyi nümayəndə heyətinin diqqətinə çatdırıldı”.
Deputat qeyd etdi ki, İtaliya prezidentinin “Mən demək istəyirəm ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır” – fikrini səsləndirməsi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasına ümidi artırır. Prezident Sercio Mattarellanın “regionda olan problemlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində İtaliyaya öz dəstəyini göstərəcək” – fikrini bəyan etməsi də zamanın Azərbaycanın xeyrinə işləməsindən xəbər verir.
M.İbrahimqızı bu səfərin ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi. 
 
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında