Təxribatçıların ölkəmizdə qol-qanad açmasına imkan verməyəcəyik

Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxs törətdiyi terror hadisəsi ilə Vətənini və dövlətini sevən hər bir azərbaycanlının kəskin qəzəbinə səbəb oldu. Həmin qüvvələrin təsirinə düşən bəzi gənclərin orada iştirakı təəssüf hissi doğurdu. Bəzi xarici qüvvələrin toruna düşən insanların törətdikləri təxribatın qarşısı alınarkən iki polisimiz şəhid oldu, dövlətimiz, millətimiz və qanunun aliliyini qoruyan hər iki şəhid qardaşımıza Allahdan rəhmət diləyir, cinayətkarların qanun qarşısında ağır şəkildə cəzalandırılmasını tələb edirik. 
 
Bu qara qüvvələrin həyata keçirmək istədikləri planların qarşısı Azərbaycanın hüquq- mühafizə orqanları tərəfindən vaxtında alındı, cinayətkarlar zərərsizləşdirildi və bu hadisə ilə bağlı istintaq davam edir. 
Azərbaycan hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir və onun istiqamətini dəyişdirməyə çalışan, bu haqda düşünən, buna cəhd edən hər bir şəxs ağır şəkildə cəzalandırılmalıdır. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq, ictimai asayişin, sabitliyin, inkişafın davam etməsi üçün dövlətimiz və xalqımızla birlik, bərabərlik içərisində olmaqla yanaşı, həm də bu cür radikal, təxribatçı qruplara qarşıyıq, onların bu gözəl ölkəmizdə qol-qanad açmasına imkan verməyəcəyik.
İlham İsmayılov,
Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında