Başını uca tut, Azərbaycan

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təşkil edilən möhtəşəm hərbi paradda Ermənistan tərəfindən  işğala məruz qalan torpaqlarımızın bir hissəsinin alınması, iqtisadiyyatda, daxili və xarici siyasətdə əldə edilən uğurlar, ümumiyyətlə, bütün sahələrdəki nailiyyətlərlə bağlı  dövlət başçısının çıxışından narahatlıq keçirənlərin əməlləri artıq ortaya çıxır. 
 
İyulun 3-də və 10-da Gəncədə baş verən iğtişaşlar bütün azərbaycanlıların ciddi narazılığına səbəb oldu.
Gəncədə terror hadisəsinə gəncəlilər başda olmaqla, bütün Azərbaycan xalqı “yox!” cavabını  verdi. Türkiyədə bu terroru həyata keçirə bilməyənlər, geri çəkilmədilər. Şükürlər olsun ki,  bu qanlı olayı Azərbaycanda həyata keçirmək istəyənlərin niyyəti baş tutmadı. 
Azərbaycan tarix boyunca müstəqillik uğrunda çox can verdi, torpaqları üçün qan tökdü. Xarici havadarların sifarişi ilə ölkədə iğtişaş törədənlərin niyyəti puça çıxdı. Amma hadisə qansız ötüşmədi.  Dövlətçiliyi qorumaq naminə daha iki can qurban verildi.
 Tam yüz il öncə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu Gəncə şəhərində dövləti təmsil edən polislərin ürəyinə sancılan xəncər, sadəcə vəzifə borcunu yerinə yetirən iki nəfərə deyil, Azərbaycan dövlətinin kürəyinə saplanmışdı. Bu şəhərdə qurulan Azərbaycan milli dövlətinin Gəncədə yara almasını arzu edənlərin xain niyyətləri açıq-aşkar ortadadır.
Azərbaycan xalqı bu oyunu quranların bəd niyyətlərinin əksinə olaraq, dövlətinin yanında daha sıx durdu və onun xəyanətkarlar tərəfindən dağılmasına yol vermədi.
Allah şəhidlərimizə rəhmət eləsin.
Azərbaycanda qarışıqlıq salmaq istəyənlərə lənət olsun.
 Aygün ATTAR, 
professor, 
Türkiyə
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında