Araz Əlizadə: Azərbaycanda qarşıdurma yaratmaq cəhdləri iflasa məhkumdur

“Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası, beynəlxalq əlaqələrinin getdikcə möhkəmləndirilməsi, nüfuzunun artaması ölkəmizi istəməyənlərin yuxusuna haram qatıb. Onlar müxtəlif vasitələrlə respublikamızda təxribatlar törədir, insan hüquq və azadlıqlarının pozulması haqqında mənfi rəy formalaşdırmaq istəyirlər. Son günlər Gəncədə baş verən xoşagəlməz hadisələrin arxasında da belə pozucu qüvvələr dayanıb”. Bu fikri bizimlə söhbətində Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz ƏLİZADƏ səsləndirdi.
 
Partiya sədri dedi ki, Gəncədə törədilən iğtişaşların qarşısı qısa müddətdə aradan qaldırıldı. Qarşıdurma yaratmaq istəyənlər həbs olundu. Onlar qanun qarşısında cavab verəcəklər: “İki yüksək vəzifəli polis zabitinin qətlə yetirilməsini kəskin pisləyirəm. Onlar camaat arasına silahsız çıxmışdılar. Bununla öz insani keyfiyyətlərini, humanizm prinsiplərinə sadiqliklərini nümayiş etdirirdilər. Ancaq nə biləydilər ki, radikal dini qruplaşmaların üzvləri xarici himayədarlarının tapşırığına əsasən onları qətlə yetirmək üçün məqam axtarırlar? Belə təxribatlarla Azərbaycanda demokratik inkişafa əngəl yaratmaq, ölkədə qarşıdurma yaratmaq mümkün deyil. Çünki ölkənin idarəetməsi etibarlı əllərdədir”.
Milli Məclisin deputatı bildirdi ki, Azərbaycan sürətli inkişaf yolundadır. Heç bir iğtişaş və ya terror aktı bizi yolumuzdan döndərə bilməz: “Belə iğtişaş törədənlər və onların təşkilatçıları aşkarlanacaq və onlar qanun qarşısında cavab verəcəklər. Azərbaycan dünyada sabit, sülhsevər bir ölkə kimi tanınır. Bu sabitliyi heç bir qüvvə poza bilməz”.
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında