İqtisadiyyatı güclü olan dövlət hər cür təxribatın qarşısını almağa qadirdir

Son 15 il ərzində Prezident İlham Əliyevin müdrik və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atmışdır. Ölkə iqtisadiyyatı davamlı və sabit inkişaf mərhələsinə qədəm qoymuş, sosial rifah təmin edilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 8 iyul 2018-ci il tarixli iclasında cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında öz əksini tapmışdır. Bu müddət ərzində ÜDM 1,3 faiz, qeyri-neft sektoru 2 faiz, sənaye istehsalı 1 faiz, o cümlədən, qeyri-neft sənayesi 8,8 faiz artmışdır. Altı ay ərzində kənd təsərrüfatı 7,6 faiz, əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. Xarici ticarət dövriyyəsi 35 faiz artaraq və 4,2 milyard dollar müsbət saldoya malik olmuşdur. Ölkəmizin valyuta ehtiyatı 44,3 milyard dollara çatmışdır. 
 
Bütün bunlar dostlarımızı sevindirir, bədxahlarımızı narahat edir. Gəncə şəhərində baş verən qətl və terror hadisəsi dərin təəssüf və ciddi narahatlıq hissi doğurur. Hiddət doğuran odur ki, Vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini cidd-cəhdlə həyata keçirməyə çalışırlar. Bu cinayət əməllərində insanın qətlə yetirilməsini bütün bəşəriyyətə qarşı ağır cinayət kimi dəyərləndirən müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.
Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, islami dəyərlərimizə zidd hesab edirik. 
Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına çalışır. Azərbaycanın müəllifi olduğu, Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi irimiqyaslı enerji, nəqliyyat və digər infrastruktur layihələri region və dünya dövlətlərinin, xalqlarının sosial-iqtisadi inkişafına, təhlükəsizliyinə xidmət edir. Lakin bəzi antiazərbaycan qüvvələr bunu istəmirlər. Azərbaycanda, eləcə də xarici ölkələrdə təxribatçı hərəkətlərə yol verir, pozucu aksiyalar təşkil edir, şüarlar səsləndirirlər. Lakin onlar möhkəm yanılırlar. Azərbaycan xalqını, onun keçmişini və dövlətçilik ənənələrini nəzərə almırlar. Bu gün Azərbaycan kifayət qədər oturuşmuş bir dövlətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu dövlət möhkəm əsaslar üzərində qurulub və bu dövləti heç kim sarsıda bilməz. 
Dağlıq Qarabağ probleminin həlli dövlətimiz qarşısında duran ən mühüm məsələdir. Biz məhz bu cür problemlərimizin həllinə köklənməli birinci növbədə torpaqlarımızı işğaldan azad etməli, qaçqın və köçkünlərimizi doğma ocalarına qaytarmalıyıq.
Ölkəmizdə əldə edilmiş möhtəşəm uğurlar kontekstində baş vermiş son olayların təhlili bir daha göstərir ki, xalq-iqtidar birliyi möhkəm təməllər üzərindədir. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti birmənalı olaraq dəstəkləyir, demokratik dəyərlərə, milli ənənələrə sadiqdir, öz Prezidenti ətrafında monolit şəkildə birləşmişdir.
Biz inanırıq ki, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacaqdır.
 Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin 
maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, 
“Professorlar klubu” rəyasət heyətinin sədri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında