Respublikamızda siyasi sabitlik möhkəmdir, onu heç kim poza bilməz

Gəncə hadisələri ilə bağlı Sumqayıt Dövlət Universitetində Yeni Azərbaycan Partiyası özək təşkilatının sədri Telman Quliyev öz fikirlərini belə açıqladı:
 
      –  Hazırda Azərbaycan dünyanın ən sabit, dinc ölkəsi kimi tanınır.Təsadüfi deyildir ki, mötəbər beynəlxalq tədbirlər Azərbaycanda, paytaxt Bakıda keçirilir. Bundan əlavə, ölkəmizə turist axını da ildən-ilə genişlənir. Xaricilər Vətənimizdən, buradakı şəraitdən, xüsusən əmin-amanlıqdan razı qaldıqlarını bildirirlər.
Lakin Gəncədə qəflətən icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum edilməsi və bunun ardınca radikal dini yönümlü bir qrup şəxsin sabitliyi pozmaq cəhdi, polis əməkdaşlarının qətlə yetirilməsi əhalidə ciddi hiddət doğurur.
Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin birgə yaydığı rəsmi məlumatı oxuyanda adam düşünməli olur: Sabitliyi kimlər pozur? 
Azərbaycanın inkişafını, onun qüdrətlənməsini istəməyən ermənipərəst qüvvələr nəyin bahasına olursa-olsun ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Xalq isə möhtərəm Prezidentimiz İlham Əliyevlə həmrəydir və onun arxasınca gedir. Ölkəmizdə siyasi sabitliyi, əmin-amanlığı, iqtisadi inkişafı heç kəs poza bilməz.
Dövlətimizin sükanı etibarlı əllərdədir. Azərbaycan dünyəvi və demokratik dövlət olaraq daim güclənəcəkdir.
Ulu öndərimiz Heydər Əliyevin bu sözləri hamının daim yaddaşında olmalıdır: “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir və dönməzdir.”
 
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında