Xalqımız yaxşını pisdən ayırmağı bacarır

Bu gün Azərbaycan öz tarixinin tərəqqi dövrünü yaşayır. Ölkəmiz ali tribunalardan sözünü deməyi bacaran, mövqeyini qoruyan qüdrətli müstəqil dövlətdir.
 
Bu gücün təməlində isə ulu öndər Heydər Əliyevin bu günümüz, gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyası dayanır. Ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, heç bir xarici və daxili düşmən müstəqil Azərbaycan dövlətinin təməlində dayanan xalq-iqtidar birliyinə zərər vurmaq iqtidarında deyil. 
Qeyd edim ki, Azərbaycan vətəndaşları rifah və təhlükəsizlik mühitində yaşayırlar. Bütün bunlar dövlətlə xalqın həmrəyliyi, bir-birinə sıx bağlılığı sayəsindədir. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr bu sabitliyi pozmağa dəfələrlə cəhd edib, lakin həmişə uğursuzluğa düçar olublar. Çünki xalq heç zaman pozucu qüvvələrin arxasınca getməyib və getməyəcək. 
Ötən günlərdə Gəncədə baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan dövlətinin və xalqının vəhdətini, sarsılmaz birliyini, sabitliyi pozmağa, iğtişaş törətməyə çalışan qüvvələrin məkrli planları baş tutmadı. Cinayətkarların ifşa olunması, müstəqil, demokratik dövətçiliyin müdafiəsi uğrunda şəhid olan polis zabitlərimizin fədakarlığı pozucu qüvvələrin acizliyini, qorxaqlığını və namərdliyini təsdiqləyir. Dəfələrlə olduğu kimi, bu dəfə də Azərbaycan xalqı, həmçinin Gəncə sakinləri dövlətin və dövlətçiliyin yanında olduqlarını sübut etdilər.
Pərvin KƏRİMZADƏ,
Milli Məclisin deputatı
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında