Bu təxribatı törədənlərin niyyəti Vətənimizdəki sabitliyi pozmaqdır

Gəncədə baş verən olaylar  təxribat xarakterli, ictimai asayişin pozulmasına yönəlmiş bir hadisədir. Bu hadisələr  ölkədə sabitliyi sevən hər bir vətəndaşda dərin təəssüf hissi yaratdı. Eyni zamanda, mahiyyət etibarı ilə təxribat xarakteri daşıyan bu hadisələr nəticəsində, heç bir günahı olmayan Azərbaycan polisinin iki zabiti qətlə yetirildi. Bu terrorun arxasında ölkədəki sabitliyi pozmaq, siyasi hakimiyyətdə  dəyişikliyə nail olmaq və sair çirkin niyyətlər dayanır. 
 
Bir şeyi qeyd etmək istərdim ki, dünənki hadisələri təhlil edərkən biz görürük ki, təxribat xarakterli ixtişaşların törədilməsinə toplaşan insanların beynini korlamaqla müəyyən xüsusi qüvvələr – xaricdə, ölkə daxilində olan-- Azərbaycanımızın bugünkü uğurlarına  sevinməyən insanlar ölkənin böyük şəhərlərindən bir olan Gəncədə bu təxribatı törətməklə Vətənimizdəki sabitliyi pozmağa cəhd ediblər. 
Onu da qeyd edim ki, şəhid olan iki polisimizin məhz yüksək rütbəli olmaları da təsadüf deyil. Burada da həmin o çirkin planın tərkib hissəsi var. Məqsəd daha yüksək rütbəli məmurları qətlə yetirməklə bu ixtişaşların geniş vüsət almasına rəvac verməkdir. 
Hesab edirəm ki, biz xalqımızın, ziyalılarımızın, gənclərimizin yanında olmaqla nə baş verdiyini doğru-dürüst çatdırmaqla yanaşı, bunların arxasında nələrin, hansı çirkin niyyətlərin durduğunuda insanlara izah etməliyik . 
Bu gün Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin sabitliyini qorumağa qadirdilər, bunun öhdəsindən layiqincə gəlirlər. Amma biz belə hallarda insanlarla daim təmasda olmalıyıq. Bunun, üçün maarifləndirmə işləri aparılmalıdır. Bu işləri QHT xətti, siyasi partiyaların, ziyalılarımızın köməyi ilə aparmaq olar. Bir şeyi də qeyd edim ki, bu cür hadisələrə özünü müxalifət adlandıran siyasi partiyalar əgər laqeyd münasibət göstərəcəklərsə, deməli, onlar da bu təxribatçı qrupların maraq və məqsədləri ilə eyni niyyətli insanlar olduqlarını bir daha sübut edəcəklər. Belə hesab edirəm ki, bütün siyasi təsisatlar, qeyri-hökumət təşkilatları bu cür hərəkətləri pisləməli, ona “yox!” deməli və Azərbaycanda sabitliyin bərqərar olunması, qorunması üçün əllərindən gələni etməlidirlər. 
Biz Yaxın Şərqdə, ərəb ölkələrində gedən  proseslərə baxanda görürük ki, yüz minlərlə insan qətlə yetirilib, iri-iri şəhərlər yerlə-yeksən olmuşdur. Bu gün bizim üçün ən dəyərli, ən vacib və əvəzsiz olan ictimai-siyasi sabitliyi hamımız birlikdə qorumalıyıq. Allah-Təala bu sabitliyi bizə çox görməsin. Bu çirkin niyyətləri həyata keçirmək istəyənlər, təbii ki, möhtərəm Prezidentimizin Azərbaycanı birlikdə  işıqlı gələcəyə aparan siyasi kursunu, dövlətimizin uğurlarını bəyənməyən insanlardır. Bunlar həm xarici dövlətlərin nümayəndələri, həm də özümüzdən olub xaricdə yaşayanlarda  ola bilər. Çox təəssüflər olsun ki, bu cür çirkin niyyətlərini də öz ölkəmizdə olan müəyyən “əllər” vasitəsilə həyata keçirməyə çalışırlar. Bu “əllər” Gəncədə ictimai asayişin pozulmasına deyil, ölkədə siyasi sabitliyin pozulmasına, ölkənin müstəqilliyinə və suverenliyinə yönələn “əllər” idi və bu “əllər” dərhal kəsilməlidir!
 Çingiz QƏNİZADƏ, 
Milli Məclisin deputatı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında