Professor Yusif Yusibov: Şəhərimizdə törədilən terror hadisəsi və iğtişaş ölkəmizdə xaos yaratmağa hesablanıb

Gəncədə aparılan abadlıq və quruculuq işləri həm miqyasına görə, həm də müasir şəhərsalma prinsiplərinin hərtərəfliliyi baxımından diqqəti cəlb edib. Prezident İlham Əliyevin respublikanın bütün regionlarına olduğu kimi, Gəncəyə göstərdiyi diqqət və qayğı nəticəsində şəhərin görkəmi tamamilə dəyişib, bu qədim diyarın tarixi memarlıq ənənələri qorunmaqla Nizami yurduna müasir görkəm verilib. 
 
Bu fikirləri AZƏRTAC-a iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Gəncə Dövlət Universitetinin rektoru, 
professor Yusif Yusibov söyləyib.
Rektor bildirib ki, son 7 ildə Gəncədə aparılan infrastruktur yenilənmələri, eləcə də yeni salınan geniş parklar, yaradılan zəngin muzeylər, siyasi, elmi-mədəni, kütləvi tədbirlər üçün qurulan mərkəzlər qədim şəhərimizi yalnız respublikamızın deyil, həm də Cənubi Qafqazın və MDB-nin ən gözəl şəhərlərindən birinə çevirib.
Tarixi-mədəni irsimizə, dini dəyərlərimizə və zəngin mədəniyyətimizə böyük bir sevginin nümunələri kimi yaradılan Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, “İmamzadə” Dini Ziyarətgah Kompleksi, ərazisinin böyüklüyünə görə dünyanın 5 parkından biri olan Heydər Əliyev Park Kompleksi, əzəmətli Heydər Əliyev Mərkəzi, Zəfər tağı, Müasir İncəsənət Mərkəzi, Mirzə Şəfi Vazeh Muzeyi, Xəmsə Parkı, Gənclər Evi, Gəncəçay Park-Bulvar Kompleksi, “Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” parkı, Bayraq Meydanı, Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binası, Əziz Əliyev parkı,”Xəmsə” parkı, şəhərin girişində yaradılmış “Xəmsə” daş kitabələr abidəsi, başdan-başa yenilənmiş Cavadxan küçəsi, Hacıkənd qəsəbəsində açıq havada salınmış “Nizami Gəncəvi: Sələflər və Xələflər” parkı dahi Nizami yurdunda görülmüş işlərə əyani sübutdur.
Gəncə şəhərində qazanılmış bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çağdaş dövrün çağırışlarına uyğun həyata keçirilən islahatların bəhrələridir. 
Azərbaycanın, o cümlədən Gəncənin inkişafını, tərəqqisini gözü götürməyən düşmən qüvvələr tərəfindən iyulun 3-də şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd təşkil edildi, sonrakı günlərdə isə bir qrup radikal təmayüllü başıpozuq qüvvə şəhərin mərkəzində iğtişaş yaratmağa cəhd etdi.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.
Məlum olur ki, bu sui-qəsd və şəhərin mərkəzində törədilən qanlı iğtişaş Azərbaycana düşmən kəsilən müəyyən qüvvələr və mərkəzlər tərəfindən əvvəlcədən planlaşdırılmış bir terror aktıdır. Bu terror aktının və iğtişaşın məhz şəhər icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda həyata keçirilməsinə göstərilən cəhd Gəncədə xaos, anarxiya, itaətsizlik, o cümlədən insanlar arasında vahimə, qorxu yaratmağa, sabitliyi pozmağa hesablanmışdı.
Lakin bu terroru təşkil edən qüvvələr unudurlar ki, Azərbaycan dövləti 1990-cı illərin əvvəllərində olduğu kimi deyil. Azərbaycan indi iqtisadi, hərbi, siyasi cəhətdən Cənubi Qafqazın ən inkişaf etmiş, ən qüdrətli dövlətidir və bütün dünyada söz sahibidir.
Məlumdur ki, terror hər bir zaman bəşəriyyətə fəlakət, faciə, dağıntı və ölüm gətirir. Terrorçunun vətəni və milliyyəti olmaz deyirlər. Terrorçu hətta öz vətəninə, xalqına qarşı da cinayətkar əməllər törətməyə həmişə hazırdır.
Mən bir Azərbaycan vətəndaşı, ziyalı kimi bu hadisəni, ümumiyyətlə terroru, hər cür qanlı cinayəti və iğtişaşı qətiyyətlə pisləyirəm, lənətləyirəm və hamını terrorla fəal mübarizəyə çağırıram. Bir ziyalı kimi dövlətimizin gücünə, Prezidentimizin sarsılmaz iradəsinə, qətiyyətinə və dövlətçilik təcrübəsinə arxalanaraq bu cinayətin günahkarlarının ədalət məhkəməsi qarşısında dayanacaqlarına əminəm.
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında