Professor Azad Bayramov: Radikal dini qrupların Gəncədə törətdiyi iğtişaşlar qətiyyətlə pislənilir

İyulun 10-da Gəncədə baş verən hadisələr şəhər ziyalılarını olduqca kədərləndirdi. Hadisələrin gedişi göstərdi ki, bu, hansısa naməlum qüvvələr tərəfindən dövlətçiliyimizə qarşı əvvəlcədən planlaşdırılmış məqsədyönlü cinayətdir.   
 
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tarix fakültəsinin dekanı professor Azad Bayramov deyib.
Professor vurğulayıb ki, bu gün Gəncə inkişaf edən, abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı şəhərdir. Çox təəssüflər olsun ki, bu hadisələr bu cür şəhərdə baş verir. Bu cür hadisələr üçün Gəncənin seçilməsi təsadüfi deyil. Gəncə tarixən inqilab mərkəzi olub, amma bu şəhərin sakinləri həmişə yadelli işğalçılara qarşı mübarizə aparıblar. Bu şəhərdə heç vaxt vətəndaş qarşıdurması, qardaş qırğını olmayıb. Çox təəssüflər olsun ki, Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələrin əsas istəyi də özlərinin məkrli planlarını həyata keçirmək üçün ölkədə rəsmi şəxslərə və hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsd və terror törətməklə insanlar arasında qarışıqlıq, dövlətə qarşı inamsızlıq yaratmaq və qardaş qırğını törətmək idi. Bütün Gəncə sakinləri, o cümlədən ziyalılar əmindirlər ki, bu cür başıpozuq, radikal dini meyilli qüvvələrin qarşısı tezliklə alınacaq.
Doğrudur, iğtişaşlar başlayandan sonra 15-20 dəqiqə ərzində şəhərin əsas meydanı radikallardan təmizləndi, asayiş bərpa olundu. Biz bir daha bu cür hadisələri törədənləri, iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnən qanlı iğtişaşı qətiyyətlə lənətləyirik. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında