Professor İbrahim Cəfərov: Gəncəlilər daim müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin yanında olub və olacaqlar

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iyulun 10-da Gəncədə törədilən cinayətlə bağlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində aşağıdakıları deyib:
 
– Bu hadisələrə doğru qiymət vermək üçün yaxın tarixə ekskurs etmək lazımdır. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin  və Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinin qeyd olunması, bununla bağlı olaraq iyunun 26-da hərbi paradın keçirilməsi və  ən müasir silahların həmin paradda nümayiş etdirilməsi, bir sözlə, dövlətimizin hərbi qüdrətinin nümayişi, görünür ki, xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən narahatlıqla qarşılanıb. Təsadüfi deyil ki, həmin qüvvələr  respublikamızda, eləcə də onun ikinci böyük şəhəri olan Gəncədə sabitliyi pozmaq, iğtişaş yaratmaq üçün fəaliyyətə keçiblər. 
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının silahlı sui-qəsdə, terrora məruz qalması, ayın 10-da isə bir qrup radikal ünsürün şəhərin mərkəzində qarşıdurma yaratmağa cəhd etməsi, ümumilikdə ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin məqsədinə xidmət edir.
Bu insanların əvvəlcədən sosial şəbəkələr vasitəsilə şəhərin mərkəzinə toplaşmaq üçün çağırışlar etməsi, daha sonra bir fit səsi ilə hamısının meydanın mərkəzinə toplaşaraq bizim danışığımızdakı ləhcə və şivəmizə uyğun olmayan tərzdə dini şüarlar səsləndirməsi bu cür düşünməyə əsas verir ki, həmin insanlar radikal, dini təmayüllü pozucu qüvvələrdir. Onlar dünyanın hansısa mərkəzləri tərəfindən idarə olunur və istiqamətləndirilir. Onların əsas məqsədi ölkədə vətəndaş qarşıdurması yaratmaq, dincliyimizi və əmin-amanlığımızı pozmağa yönəlib. 
Əlbəttə, cəmi 15-20 dəqiqə ərzində Azərbaycan polisinin qətiyyəti ilə dövlətimizin gücü həmin başıpozuq qüvvələrə nümayiş etdirildi. Sevindirici hal odur ki, Gəncə şəhərinin sakinləri onların təxribat xarakterli dini şüarlarına və çağırışlarına heç bir dəstək vermədilər. 
İndi bütün gəncəlilərin əsas istəyi həmin qüvvələrin tez bir zamanda aşkarlanması, zərərsizləşdirilməsi və qanunla cinayət məsuliyyətinə cəlb edilməsidir. Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və ­Prezidentimizin daim yanında olub və olacaqlar.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında