Xalq artisti Nurəddin Mehdixanlı: Gəncədə cinayət törədənlər Azərbaycan qanunları qarşısında cavab verəcəklər!

Gəncədə baş verən hadisələrdən gəldiyim qənaət budur ki, düşmən qüvvələr Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsiliblər. Amma onlar unudurlar ki, bizim bu sərvətlərimizə uzanan əllər mütləq kəsiləcək. Azərbaycan qanunları qarşısında hər kəs bərabərdir. Bu cinayəti törədənlər Azərbaycan qanunları qarşısında cavab verəcəklər. 
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı söyləyib. 
“Gəncə Azərbaycanın ürəyi, qədim tarixi şəhəridir. Gəncə və gəncəlilər daim Azərbaycan dövlətçiliyinin yanında olublar və bundan sonra da olacaqlar. Bu, bir qrup radikalın törətdiyi cinayətdir. Gəncə hadisəsi göstərdi ki, ölkəmizi xaosa sürükləməyə çalışan düşmənlərimiz var və biz onlara imkan verməməliyik”, - deyə N.Mehdixanlı vurğulayıb.
Xalq artisti əlavə edib ki, ətrafımızda baş verən çox ciddi hadisələri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı nəzərə almalıdır. Ölkəmizdə heç bir halda dini fanatizmə yol vermək olmaz. Dini fanatizmin qarşısı amansız şəkildə alınmalıdır. Allah şəhid polislərimizə rəhmət eləsin, yerləri behişt olsun! Onlar Azərbaycanda dini fanatizmə qarşı mübarizədə şəhid olublar. Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətimizin, Prezidentimizin, xalqımızın, bayrağımızın yanındayıq.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında