Qubalı ağsaqqal: Ölkəmizdə güclü xalq-iqtidar birliyi var, onu heç bir qüvvə sarsıda bilməz

Müstəqil Azərbaycan artıq regional gücə, bölgənin lider dövlətinə çevrilib. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sahələrdə yenilənməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu inkişafa sevinənlər olduğu kimi, uğurlarımızı həzm edə bilməyən, bizə xaincəsinə zərbələr vurmağa çalışan qüvvələr də mövcuddur. Gəncədə baş verən hadisələrdə də belə pozucu qüvvələrin izləri görünməkdədir. Əminəm ki, hüquq mühafizə orqanları qısa müddətdə həmin təxribatçıların hamısını ifşa edib layiqli cəzalarını verəcək. Ölkəmizin suverenliyinin qorunması uğrunda şəhid olan iki polis zabitimizə Allahdan rəhmət diləyirəm. Şəhid polislərimiz iğtişaşlar zamanı ölümü belə gözə alaraq vəzifə borclarını şərəflə yerinə yetirdilər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli söyləyib.

“Biz vətəndaşlar belə məqamlarda diqqətli olmalı, ətrafımızdakı insanların da təxribata uymamaları üçün təbliğat aparmalıyıq. Biz belə sınaqlardan həmişə üzüağ çıxmışıq. Bu dəfə də pozucu qüvvələrin məkrli niyyəti baş tutmadı. Azərbaycanda güclü xalq-iqtidar birliyi var. Xalqımız Prezidentimizin, polisimizin yanındadır. Azərbaycan dövlətinin demokratikləşmə yolunda qazandığı uğurlara kölgə salmaq istəyənlərə ar olsun!”, - deyə H.Günəşli bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında