Azərbaycan sənayesi keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoyub

Məlum olduğu kimi, son bazar günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Tədbirdə ölkə iqtisadiyyatının inkişaf istiqamətləri geniş təhlil olunub. Müşavirənin materialları ölkə ictimaiyyətində dərin razılıq və rəğbət hissləri doğurub. Qocaman neftçi alim, texnika elmləri namizədi Baba Əhmədli müşavirə ilə bağlı fikirlərini bildirərkən dedi: 
 
– Dövlətimizin başçısı, möhtərəm İlham Əliyevin tədbirdəki dərin məzmunlu, parlaq giriş və yekun nitqlərini böyük maraqla dinlədim. Cənab Prezident bir çox aktual məsələlərə toxundu, olduqca dəyərli fikirlər səsləndirdi. Bu ilin əvvəlindən ölkə iqtisadiyyatının bütün sahələrində ciddi uğurlar əldə olunub. İnanıram ki, iqtisadiyyatımız bundan sonra da davamlı olaraq inkişaf edəcək. 
Mən uzun illər ölkəmizin neft sənayesi üzrə elmi-tədqiqat institutlarında çalışmışam. Sevinirəm ki, son illər ölkəmizdə neft-kimya, maşınqayırma sənayesinin inkişafına böyük önəm verilir. Cənab Prezident qeyd etdi ki, Sumqayıtda yaxın gələcəkdə iki böyük zavod işə düşəcək. Bunlar polimer və azot gübrələri zavodlarıdır. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, həm də öz məhsullarını ixrac edəcək. 
Dövlətimizin başçısı bildirdi ki, bu zavodların işə düşməsi müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələrdir. Bundan başqa, Azərbaycanda yaradılan sənaye parklarının səmərəliliyi artır. Bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. 
Başqa bir qürurverici fakt odur ki, Azərbaycan öz avtomobillərinin istehsalına başlayıb. Bu gün Neftçala və Gəncə avtomobil zavodları tam gücü ilə çalışır. Bütün bunlar Azərbaycan sənayesinin keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. 
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında