Ümid edirəm ki, ölkəmizin enerji sistemində bir daha belə hallar baş verməyəcək

Bəlli olduğu kimi, bu günlərdə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında ciddi qəza baş vermişdir. Qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər meydana çıxmışdır. Nəqliyyat şəbəkəsində, xüsusilə metroda sərnişinlərin daşınmasında fasilələr yaranmışdı. 
 
Xatırladaq ki, bu il iyulun 4-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib. Tədbirdə qəzanın başvermə səbəbləri geniş müzakirə olunmuş, bu sahədə ciddi nöqsanlara yol vermiş vəzifəli şəxslər kəskin tənqid olunmuşdur. Gələcəkdə belə halların baş verməməsi üçün lazımi tədbirlərin görülməsi qərara alınmışdır. 
Dövlətimizin başçısının müşavirədə obyektiv və qətiyyətli mövqe sərgiləməsi ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi doğurmuşdur. “Ailələrə dəstək” İctimai Birliyinin sədri, respublikanın Əməkdar müəllimi Esmira Rəhimova bu barədə danışarkən demişdir: 
– Azərbaycanda son illər enerji sahəsində böyük işlər görülmüşdür. Lakin bəzi məmurların günahı və səriştəsizliyi üzündən belə ağır qəza baş vermişdir. Təbii ki, belə fövqəladə hadisələr dövlətimizin rəhbərliyini də, ölkə ictimaiyyətini də ciddi narahat edir. 
Problemin çox qısa zaman kəsiyində uğurla həll olunması, hamı kimi məni də çox sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə hallar baş verməyəcək.  
Mən bir məqamı xüsusi vurğulamaq istəyirəm. Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev sözügedən tədbirdə lazımi tələbkarlıq, eyni zamanda yüksək təmkin və müdriklik nümayiş etdirdi. Dövlətimizin başçısı  gələcəkdə belə qəzaların təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsini tələb etdi. İnanıram ki, səhlənkarlığa yol verənlər layiqli cəzalarını alacaqlar.  
Söhbəti qələmə aldı: 
M.HACIXANLI, 
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında