Enerji sisteminin fəaliyyətində səhlənkarlığa yol vermək olmaz

İyulun 3-də “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş  qəza  ciddi narahatlıq doğurdu.  Müsahibimiz, hazırda pensiyada olan energetik-mühəndis Rəhim Həsənov bu qəza ilə bağlı fikirlərini bildirdi:
 
– Mən Sumqayıt 1 saylı istilik elektrik stansiyanın  növbə rəisi işləmişəm. Mingəçevirdə baş vermiş qəza bilavasitə “Azərenerji” ASC-nin rəhbərliyinin, xüsusilə, növbətçi dispetçerlərin  təqsiri  ucbatından baş verib.
Yaxşı yadımdadır. Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərinin  sonlarında ölkəmizin enerji təhlükəsizliyini daha da yaxşılaşdırmaq üçün o vaxtkı SSRİ rəhbərliyindən razılıq aldı və “Azərbaycan” İES ən müasir avadanlıqlarla  təchiz olundu.  Biz o vaxt Mingəçevirə ezamiyyətə gedib bu stansiya ilə tanış olduqda həddən artıq sevinirdik.
O vaxtlar da  stansiyalarda təsadüfi hallarda  qəzalar baş verirdi. Lakin dərhal  aradan qaldırılırdı. İndiyə qədər heç vaxt ölkənin enerji sistemi bütövlükdə dayanmamışdı. “Azərenerji”nin texniki heyəti    işə məsuliyyətsiz  və laqeyd yanaşmış, texniki təhlükəsizliyə  və yanğından mühafizə tələblərinə  əməl etməmiş, enerji sisteminin  fəaliyyəti pozulmuşdur. Nəticədə, ölkəmizə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir.
Biz o vaxt işləyərkən sexləri, yarımstansiyaları yoxlayır, qazan və turbin generatorlarını mütəmadi olaraq nəzərdən keçirirdik. Sadə bir nasazlıq  yaranırdısa, dərhal  onu aradan qaldırırdıq.
 Möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqlı olaraq “Azərenerji”ASC-nin prezidenti Etibar Pirverdiyevi   tənqid etdi.  Dövlət Komissiyasına ciddi tapşırıqlar verdi. 
Əminik ki, möhtərəm ­Prezidentimiz enerji təhlükəsizliyinin təminatı üçün lazım olan bütün  işləri  görəcək.
Hazırladı: 
Qəzənfər QASIMOV, 
”Xalq  qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında