Qəza zamanı cəmiyyətin anlayış və həmrəylik nümayiş etdirməsi təqdirəlayiq haldır

Məlum olduğu kimi, bu günlərdə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin göstərişi və rəhbərliyi ilə operativ şəkildə görülmüş tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. 
 
Bu məsələ ilə bağlı bu il iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Dövlətimizin başçısının baş vermiş proseslər zamanı obyektiv və qətiyyətli mövqe sərgiləməsi ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi doğurmuşdur. Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Solmaz Muxtarova bu məsələ ilə bağlı demişdir: 
– Dövlətimizin başçısının baş verən hadisələr zamanı nümayiş etdirdiyi yüksək təmkin və müdriklik məni heyran etdi. Möhtərəm Prezidentimiz haqlı olaraq qeyd etdi ki, gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlanmalıdır.
Müsbət haldır ki, əksər dövlət orqanları yaranmış ekstremal vəziyyətdə öz vəzifələrinin öhdəsindən gələ bilmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza, demək olar ki, aradan qaldırılmışdır. 
Qürurverici hal həm də odur ki, Azərbaycan vətəndaşları bir-birinə kömək göstərmişlər. Bu, ona dəlalət edir ki,  Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir və ölkəmizdə, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur. Bir daha vurğulamaq istəyirəm ki, qəza zamanı cəmiyyətin həmrəylik nümayiş etdirməsi təqdirəlayiq haldır. 
Mən ixtisasca mühəndisəm. Son illər ölkəmizin enerji təchizatı sahəsində həqiqətən böyük işlər görülüb. Lakin bəzi məmurların günahı və səriştəsizliyi üzündən belə kobud səhvlər də baş verir. Ümid edirəm ki, belə hallar gələcəkdə təkrarlanmayacaq. 
Söhbəti qələmə aldı: 
M.HACIXANLI, 
“Xalq qəzeti”  

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında