Azərbaycanın enerji sistemində baş vermiş qəzadan ciddi nəticələr çıxarılmalıdır

Son günlərdə Azərbaycanın enerji sistemində baş vermiş qəza ölkədə böyük narahatlıq yaratdı. Təkcə paytaxt Bakıda su sistemi, metropoliten və digər bir sıra vacib əhəmiyyətli sahələrin işini dayandırması əhalini problem qarşısında qoydu. İnsanlar belə bir suala cavab tapmaq istəyirdilər ki, ölkədə nə baş verir? Axı Mingəçevirdəki İstilik Elektrik Stansiyasının bir transformatorunda baş vermiş qəza bu qədər böyük və bütün ölkəni bürüyən nəticəyə səbəb ola bilməzdi. 
 
Nəhayət ki, iyulun 4-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə istər Bakı, istərsə də bütün respublika əhalisinin suallarına müəyyən aydınlıq gətirildi. Məlum oldu ki, qəza iki dəfə dalbadal baş verib və ağır nəticələr doğurub. 
Yaranmış vəziyyətin ciddiliyini gizlətməyən Prezident bəyan etdi ki, son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub, ölkədə onlarca yeni elektrik stansiyası istifadəyə verilib. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. 
Müşavirəni izləyən hər bir vətəndaş bir daha əmin oldu ki, ölkənin və insanların təhlükəsizliyi dövlət başçısının daim diqqət mərkəzindədir. Prezident müşavirədə müvafiq sahəyə cavabdeh olan şəxslərdən qəti şəkildə soruşdu ki, qonşu ölkələrə enerji ixrac edən Azərbaycan hansı səbəbdən bu vəziyyətə düşdü? 
Biz də hesab edirik ki, Azərbaycanın enerji sisteminin bu vəziyyətə düşməsinə heç cür haqq qazandırmaq olmaz və məsuliyyətsizlik üzündən ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olanlar hüquq-mühafizə orqanları tərəfindən layiq olduqları cəzanı alacaqlar. Amma hər bir məmur bu məsələdən nəticə çıxarmalı, bir də belə hallar təkrar olunmamalıdır. Ölkənin və insanların təhlükəsizliyi göz bəbəyi kimi qorunmalıdır. 
Qasım MƏMMƏDOV, 
ADNSU-nun prorektoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında