Azərbaycan hər cür ağır vəziyyətdən çıxmağa hazırdır

Mingəçevir İES-də baş vermiş qəzanmın nəticələri aradan qaldırıldığı saatlarda məcburi köçkünlər müəyyən çətinliklərlə üzləşdilər. Ancaq onlar yaxşı bilirdilər ki, əgər bu hadisə cənab Prezident İlham Əliyevin nəzarətindədirsə, deməli, problem tezliklə aradan qaldırılacaq. Həqiqətən də, yaşanan narahatlığa az bir müddətdə son qoyuldu.
 
Mən möhtərəm Prezidentin müşavirədəki çıxışını diqqətlə izlədim. Ölkə rəhbəri haqlı olaraq dövlət qurumlarını, xüsusilə enerji sektorunun rəhbərlərini səbrlə dinlədi. Dövlət başçısı bildirdi ki, bu məsələ çox ciddi suallar yaradır. Bu, ciddi araşdırılmalıdır.
Biz yaxşı bilirik ki, çətin anlarda Prezidentimiz həmişə xalqın yanındadır. Yəqin ki, cənab Prezidentin sərəncamı ilə yaradılan Dövlət Komissiyası da tezliklə günahkarları aşkar edəcək, hər kəs öz cəzasını alacaq.
Bəli, cənab Prezidentin vurğuladığı kimi, dünyanın hər yerində belə qəzalar olur. İndi müxalif qüvvələr bu vəziyyətdən istifadə edib, sosial şəbəkələrdə həqiqətə uyğun olmayan şayiələr yayılır, ölkədə çaşqınlıq ­yaratmağa çalışırlar. 
Bununla onlar ümid edirlər ki, kütləvi narazılıqlar baş verəcək, mitinqlər, küçə yürüşləri olacaq. Onlara demək istəyirəm ki, bu ölkənin güclü rəhbəri var, o, öz xalqını canı qədər sevir və onun xoşbəxtliyi üçün hər şeyi edir.
Bəli, dövlət başçısı xalqla bir olanda heç bir qəza, heç bir fəlakət ölkənin inkişafını dayandıra bilməz. Bu, sınanmış həqiqətdir.
Allahverdi HAQVERDİYEV,
YAP Qubadlı rayon təşkilatının sədri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında