“Qarabağda qələbəmizə lap az qalıb”

Bu il iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə əlaqədar keçirilən təntənəli hərbi parad ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin razılıq və məmnunluq hissi doğurub. Bu barədə söz düşəndə “Ailələrə dəstək” İctimai Birliyinin sədri, Əməkdar müəllim Esmira Rəhimova dedi: 
 
– Mən paradı televiziya vasitəsilə dərin maraqla izlədim. Tədbir barədə hesabatla rəsmi qəzetlərdə diqqətlə tanış oldum. Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin paraddakı dərin məzmunlu, parlaq nitqini dönə-dönə oxudum. Gəldiyim əsas qənaət budur: Qarabağda qələbəmizə lap az qalıb!  
Bu möhtəşəm tədbirin qəlbimdə doğurduğu sonsuz sevinc və qürur hissləri məni bir an belə tərk etmir. Bu gün Azərbaycanın silahlı qüvvələri Vətənin işğal altında olan torpaqlarının hər bir qarışını yağı düşməndən azad etməyə qadirdir. Xalqımızın igid əsgər və zabitləri hər an Ali Baş Komandanın əmrinə müntəzirdirlər! 
Mən Ermənistan mediasını internet vasitəsilə izləyirəm. Hiss edirəm ki, işğalçı ölkənin hərbi elitası Azərbaycan Ordusunun paradından təşvişə düşüb. Bəli, düşmən narahatdır, əndişə içindədir. Əslində, bu, gözlənilən idi! İşğalçılar Azərbaycanın gündən-günə artan hərbi qüdrəti qarşısında tab gətirə bilməzlər. Bu həqiqəti İrəvanın “başbilənləri” nə qədər gec deyil, nəticə çıxarmalı, Azərbaycanın tarixi torpaqlarını təcili surətdə tərk etməlidirlər. 
Paradla bağlı həmkarlarımla, tanınmış ziyalılarla tez-tez söhbətlərim olur. Hamı Milli Ordumuzun güclənməsinə çox sevinir. Azərbaycan xalqının, ermənilərdən fərqli olaraq özgə torpaqlarında gözü yoxdur. Biz doğma torpaqlarımızın azad edilməsini arzulayırıq və igid, hünərvər Azərbaycan əsgərinin əli ilə buna mütləq nail olacağıq! Qələbə bizimlədir və lap yaxındadır!     
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”    
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında