Ordumuzdan daha böyük qələbələr gözləyirik

Bu günlərdə Bakıdakı Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirildi və bu möhtəşəm tədbiri respublikamızın bütün sakinləri kimi mən də böyük qürur hissi ilə izlədim. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin meydandan məğrurcasına keçən hərbçiləri və ən müasir hərbi texnikanı nə qədər böyük sevinc və qürurla müşahidə etdiyini görmək də çox qürurverici anlar idi.
 
Milli Ordumuzun 100 illik yubileyinə həsr edilmiş hərbi parad hər bir vətəndaş üçün cəlbedici və sevindirici oldu. Bu da təbiidir. Axı gecə-gündüz, qış-yay, isti-soyuq demədən dövlətimizin sərhədləri keşiyində dayanan ordumuz hər birimizin ümid, pənah, güvənc yerimizdir. Bu ordunun hər bir uğuru bizim üçün dünyalar qədər böyük sevincdir. 
Dövlətimiz Silahlı Qüvvələrimizin ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunması üçün son illərdə mühüm addımlar atıb. Görülmüş ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ordumuz regionun ən güclü hərbi qüvvəsi səviyyəsinə çatmışdır. İndi xalqımız birmənalı şəkildə inanır ki, Silahlı Qüvvələrimiz torpaqlarımızı terrorçu Ermənistan dövlətinin işğalından azad etməyə tam qadir və hazırdır. Son illərdə bu istiqamətdə həyata keçirilmiş bir sıra əməliyyatlar, qazanılmış uğurlar da bunu təsdiq edir. 
Azərbaycanın müzəffər ordusunun 2016-cı ilin aprelində Ermənistanın işğalçı və terrorçu silahlı qüvvələrinə ağır zərbə endirməsi xalqımızın gələcək qələbələrə ümidlərini artırdı. Bunu Prezident İlham Əliyev paraddakı parlaq nitqində də qeyd etdi: “Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu gücləndirir. Xalqımız tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun böyük mənəvi əhəmiyyəti var... Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik. Azərbaycan getdikcə güclənəcək. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə rəqabət apara bilmir və apara bilməyəcək. Tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir”.
Biz də ordumuzun gücünə və imkanlarına inanırıq və onun yeni-yeni qələbələrini həsrətlə gözləyirik. 
Zaur MİRZƏZADƏ,
 “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında