Nazir Əzəddin Mihobi: Naxçıvanda tarixi və dini-mədəni irsin qorunmasına xüsusi diqqətlə yanaşılır

Naxçıvan şəhərinin 5 minillik tarixinin olması və insanların bu tarixi irsin qoruması məndə böyük təəssürat yaratdı. Səfər çərçivəsində gəzib-gördüyümüz bütün yerləri, xüsusən bərpa olunmuş abidələri böyük maraqla izlədik. Burada tarixi və dini-mədəni irsin qorunmasına xüsusi diqqətlə yanaşılır. 
 
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçısı olan Əlcəzairin mədəniyyət naziri Əzəddin Mihobi bildirib. 
“Müqəddəs Əshabi-Kəhfi ziyarət etmək mənim ən böyük arzum olub. Naxçıvana səfərim bu arzuya qovuşmağım üçün böyük fürsət oldu”, – deyən nazir bildirib ki, belə ziyarətgahların bütün insanlar üçün əlçatan olması, buraya gedən yolların, həmçinin ziyarətgahların abadlaşdırılması da məni sevindirir. Ona görə ki, burada dövlət İslam adət və ənənələrinin qorunması üçün əhəmiyyətli işlər görür.
 Əlcəzairin mədəniyyət naziri deyib: “Mən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirakıma görə çox məmnun oldum. Bunun üçün məni dəvət edənlərə ayrıca minnətdaram. Tədbir proqramı mükəmməl təşkil olunmuşdu və bundan çox dərin təəssüratlar aldıq”. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında