Anni d’Esker: Azərbaycan bir çox Avropa ölkələrindən də əvvəl demokratik prinsipləri həyata keçirib

Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak edərək demokratik respublikanın tarixi ilə yaxından tanış olduq. Azərbaycan bir çox Avropa ölkələrindən də əvvəl demokratik prinsipləri həyata keçirib.

Bu fikri Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş konfransın iştirakçısı Anni d’Esker AZƏRTAC-a müsahibəsində söyləyib.

O bildirib ki, konfransda Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları, Paris Sülh Konfransında fəaliyyəti haqqında ətraflı məlumat verildi.

Anni d’Esker deyib: “Çox vaxt Qərb ölkələri özlərini hər şeyi bilən, qabaqcıl ideyalara malik kimi təqdim edir və digər dövlətlərə dərs verməyə çalışır. Amma bu sərgidə nümayiş olunan fotolar, yayımlanan film bizə hələ çox şeyi öyrənməyimizin lazım olduğunu göstərdi. Hətta mən burada öyrəndim ki, general de Qol fransız qadınlara səsvermə hüququ verilməsi təklifini Azərbaycandan ilhamlanaraq irəli sürüb. Bunu fransız senator qeyd etdi”.

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında