Klayv Marşal: Dünya Xəbər Agentliklərinin Bakı Konqresi maraqlı fikir mübadilələri ilə yadda qalıb

Bakıya dünyanın aparıcı xəbər agentliklərindən böyük media ailəsi toplaşmışdı. Konqres bir çox maraqlı fikir mübadilələri ilə yadda qaldı. Fərqli ölkələrdə müxtəlif idarəetmə sistemlərinə baxmayaraq, Konqres həm də böyük dostluğu təcəssüm etdirdi. Əsas məqsədimiz dialoq yolu ilə bir-birimizə kömək etmək idi. AZƏRTAC-ın Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresi barədə nəşr etdiyi kitab mükəmməl topludur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Xəbər Agentliklərinin Bakı Konqresi barədə təəssüratlarını bölüşən Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal deyib.

Medianın gələcəyi ilə bağlı əsas çağırışlardan birinin kommersiya modellərini necə qurmaq olduğunu söyləyən Klayv Marşal Facebook və Google-un informasiyadan gəlirlərin ümumilikdə 80 faizini aldığını söyləyib: “Bu, media qurumları üçün böyük problemdir. Biz bununla necə mübarizə aparmağın yollarını axtarırıq. Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransları çərçivəsində görüşmək hər zaman çox maraqlıdır. Konfrans zamanı keçirilən təqdimatlar media sahəsində, eləcə də xəbər agentliklərində baş verən dəyişikləri yaxından izləmək üçün əhəmiyyətli platformadır”.

Mayın sonlarında Rusiyanın Sankt-Peterburq şəhərində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclasının keçiriləcəyini bildirən baş icraçı direktor qeyd edib ki, görüşdə VI Konqresin mövzusu müəyyənləşdiriləcək. “İclasda növbəti Konqresin əsasən hansı sahələri əhatə edəcəyi dəqiqləşəcək. Konqres dörd əsas çıxışlardan və dörd işçi sessiyalardan ibarət olacaq. Ümid edirəm ki, biz birlikdə gələn il keçiriləcək Dünya Xəbər Agentliklərinin VI Konqresində xəbər agentliklərinin çağırışlarına uyğun media mühiti yarada biləcəyik. Hər kəs bu Konqresdən yararlana, medianın gələcəyi barədə daha ətraflı məlumatlar əldə edə biləcək”, - deyə Klayv Marşal əlavə edib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında