“Hünər meydanında, ilk növbədə, Azərbaycanın adını, imicini düşünürük”

Müstəqil Azərbaycan son 15 ildə özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə inkişaf tempini sürətləndirərək, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.

Regionda gedən hadisələrin inkişaf istiqamətində Azərbaycanın aparıcı rola malik olması bu bölgədə iqtisadi və siyasi marağı olan nüfuzlu dünya təşkilatlarını, beynəlxalq qurumları, ilk növbədə, ölkəmizlə hesablaşmağa, onun mövqeyini nəzərə almağa məcbur etmişdir. Şübhəsiz, qısa zaman kəsiyində bu qədər böyük nailiyyətlərin əldə edilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsiyyətinə, siyasi liderlik keyfiyyətinə dərin inam bəsləyən xalqımızın onun ətrafında sıx birləşməsi, bir-birindən uğurlu, qlobal xarakterli, genişmiqyaslı layihələrin həyata keçirilməsində göstərdiyi güclü dəstək nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində Azərbaycan xalqının dəstəyini həmişə hiss etdiyini və bu dəstəyə arxalanıb, ondan güc aldığını qeyd etmişdir.

Aprelin 11-də prezident seçkilərində yüksək fəallıq nümayiş etdirən xalqımız güclü lider İlham Əliyevə yenidən etimad göstərərək, yeddi il müddətinə onu Azərbaycan dövlətinin Prezidenti seçmişdir. Növbəti illərdə bütün sahələrdə daha yüksək inkişafa nail olmaq, yeni zirvələri fəth etmək üçün hədəflər seçilmişdir və müəyyən edilmiş uğurlu yolla qələbələrə doğru irəliləyirik. Bu yolda yüksək nailiyyətlərin əldə edilməsi üçün idmançılarımız da yeni qələbələrə köklənmişlər. Bu yaxınlarda Amerikada güləş üzrə Dünya kubokunda pəhləvanlarımız əldə etdikləri parlaq nailiyyətlə Azərbaycanın idman tarixinə daha bir uğur səhifəsi yazmışlar.  Biz fəxr edirik ki, adını dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına yazan, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Dünya ölkəmizi  həm də, güclü idman dövləti kimi tanıyır. Bütün mötəbər yarışlarda, hünər meydanında, ilk növbədə, Azərbaycanın adını, imicini düşünürük. Əslində, rəqib idmançı da ölkəmizin adını eşidən kimi, bu döyüşə bütün gücünü qoyur. İdmanımız yalnız müstəqillik illərində bu qədər yüksək səviyyədə inkişaf etmişdir və bu uğurlar davamlıdır.

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında idmana, idmançılarımıza göstərilən diqqət və qayğıya cavab olaraq, daha böyük qələbələr qazanmaq üçün bundan sonra da əzmlə çalışacağıq. 

Biz müstəqil Azərbaycanımızın daha uca zirvələr fəth edəcəyinə inanırıq!

Cəbrayıl HƏSƏNOV,
Rio Olimpiadasının bürünc mükafatçısı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında