“Biz bu gün şanslıyıq ki, ölkələrimiz müstəqildir, heç bir xarici gücdən asılı deyil və ən sürətlə inkişaf edən dövlətlər sırasındadır”

“Eyni soykökünə, mədəniyyətə, dilə, dinə mənsubluq, tarixi dostluq, milli dəyərlərin, adət-ənənələrin sıx bağlılığı Azərbaycan və Türkiyə xalqlarını bir-birinə doğma edib, səmimi münasibətlər yüksək səviyyəli əməkdaşlıq şəraitində inkişaf edərək bu əlaqələri daha da möhkəmləndirib. Ümummilli lider Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycanla Türkiyə arasındakı münasibətlər müasir dövrdə hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində daha yüksək səviyyəyə çatmışdır.

Türk dünyasının daha sıx əməkdaşlıq qurması, dövlətlər arasında dostluq bağlarının daha da möhkəmlənməsi baxımından Türkiyə-Azərbaycan münasibətləri mühüm rola malikdir. Hər iki dövlətin nüfuz və təsir dairəsinin getdikcə artması, beynəlxalq aləmdə birgə reallaşdırılan layihələrin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində böyük uğurların əldə
edilməsi bu sahədə görülən işlərin nə qədər genişmiqyaslı olduğunu göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də keçirilmiş
prezident seçkilərindən sonra ilk səfərini məhz Türkiyəyə etməsi, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi qardaş xalqlar arasında əlaqələrin, dostluğun sarsılmazlığının, əbədiliyinin ən gözəl nümunəsidir”.

Bu sözləri qəzetimizə dördqat Par­alimpiya Oyunlarının qalibi və dəfələrlə dünya mükafatçısı olmuş məşhur idmançımız İlham Zəkiyev dedi. Qarabağ müharibəsi veteranı türk dünyasının birlik və həmrəyliyə böyük ehtiyacı olduğunu bildirdi: “Tarixə nəzər saldıqda ölkələrimizin ən çətin zamanlarda bir-birinə dəstək nümayiş etdirdiklərini görərik. Biz bu gün şanslıyıq ki, ölkələrimiz müstəqildir, heç bir xarici gücdən asılı deyil və ən sürətlə inkişaf edən dövlətlər sırasındadır. Bu gün Azərbaycan və Türkiyədə demokratiyanın inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verir. Xalqlarımız liderləri ətrafında sıx birləşərək, öz ölkələrinin parlaq gələcəyini qurmaq işinə böyük töhfələr verirlər. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında çıxışları zamanı Azərbaycan Prezidenti İlham Əliyevin “Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikirləri xalqlarımız arasında dostluq və qardaşlığın əbədi olacağını bildirir.

Bu gün mənfur və xain qonşumuz Ermənistanla müharibə vəziyyətində yaşamağa məcburuq. Tarixi Azərbaycan torpaqlarında məskunlaşan, bununla kifayətlənməyib 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edən, əsrlərlə xalqlarımıza qarşı soyqırımları və müxtəlif qanlı faciələr törədən erməni terrorçuları türk dünyasının düşməni olduqlarını açıq şəkildə söyləyirlər. Bu gün xalqımızın birlik və həmrəyliyi çox vacibdir. Türk dünyasının inkişafına, tərəqqisinə böyük töhfələr verən Azərbaycan və Türkiyənin getdikcə möhkəmlənməsi, dünyada nüfuzunun artması düşmən ölkə tərəfindən narahatlıqla qarşılanır. Ölkələrimizin bütün sahələrdə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə sıx əməkdaşlığı davam etdirməsi bu sahədə daha böyük perspektivlər vəd edir”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında