Erməni xalqı Serj Sarkisyanın faşist diktaturasından azad oldu

Ermənistanda günlərlə davam edən üsyan, nəhayət, xalqın qələbəsilə nəticələndi. Hakimiyyəti həmişəlik zəbt etməyə çalışan, bunun üçün isə Ermənistanı parlament respublikasına çevirən və baş nazir postunu ələ keçirən Serj Sarkisyan etiraz aksiyalarına davam gətirməyib istefa verməyə məcbur oldu.

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov Ermənistanda yaşanan son hadisələrlə bağlı dedi:

-Cani Serj Sarkisyan hakimiyyətdə qalmaq üçün nə qədər cəhd göstərsə də, sonda yaşanan etirazlar qarşısında məğlub olaraq vəzifəsindən getdi, ermənilər Xocalı soyqırımının əsas səbəbkarından yaxasını zorla qurtardı.

Bu məqamda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışlarının birində dediyi “erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikrini xatırlatmaq istərdim. Bəli, xalq açıq-aşkar görürdü ki, ölkəni çıxılmaz vəziyyətə salan, sosial-iqtisadi şəraiti gündən-günə ağırlaşdıran Serj Sarkisyanın hərbi xunta rejimidir. Bu rejim illərdir ki, Ermənistanda vətəndaş cəmiyyəti quruculuğunun, demokratik inkişafın qarşısına sipər çəkib, etibarsız və qəddar hakimiyyət kimi xalqın nifrətini qazanıb.

Ağır həyat tərzi keçirən, səfalət içində, sözün həqiqi mənasında, dilənçi kökündə yaşayan ermənilər başa düşürlər ki, onları bu cür acınacaqlı duruma Serj Sarkisyan hakimiyyəti salıb. Serj Sarkisyanın hərbi xuntası onlara bədbəxtlikdən başqa heç nə verməyib. Xalqı Qarabağ münaqişəsinə sürükləyən də, bu münaqişənin illərlə uzanmasına, nəticəsiz qalmasına səbəbkar da qaniçən, cani Serj Sarkisyandır. Bütün sadalanan rəzilliklərdən xilas yolu da məhz onun hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Ermənilər, həm də yaxşı anlayırlar ki, hərbi xuntanın Azərbaycan torpaqlarını işğal altında saxlaması onlara heç bir vəchlə sərf etmir. Sadə erməni xalqı illərdir ki, bunun əzabını yaşayır: ölkə böhran burulğanında boğulur, bütün regional və beynəlxalq layihələrdən kənarda qalmaqla Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanının əsirinə çevrilib.

Bəli, bütün bunlar həqiqətdir, bu acınacaqlı mənzərədən bütün dünya xəbərdardır. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu barədə fikirlərini bildirib. Dövlətimizin başçısı çıxışlarının birində deyib: “Qarabağ münaqişəsi daha çox Ermənistana, sadə erməni xalqına ziyan vurub. Onlar hərbi faşist diktaturası olan hakimiyyətin girovuna çevrilib”. Artıq erməni xalqı Serj Sarkisyanın hərbi xuntasını devirməklə, bu faşist diktaturasından xilas ola bildi.

Yeri gəlmişkən, burada bir həqiqət də etiraf edilməlidir. Belə ki, əslində Sarkisyan rejiminin süquta uğramasında Azərbaycanın üzləşdiyi ədalətsiz münaqişəyə qarşı yeritdiyi düzgün siyasət önəmli rol oynadı. İşğalçı rejimin haqsız torpaq iddiasından əl çəkməməsi ona baha başa gəldi: həm iqtisadiyyatı çökdü, xalqı səfalət içində yaşadı, ordusu heç nəyə qadir olmadığını Aprel döyüşlərində göstərdi.

Bir sözlə, 2008-ci ildən indiyədək Ermənistana rəhbərlik edən Sarkisyan rejimi ölkəni yalnız uçuruma aparırdı. Bu uçurumdan xilas olmaq üçün özündə güc tapan erməni xalqı, nəhayət, faşist diktaturasına qalib gəlib canını hərbi xuntadan xilas edə bildi.

Lakin məsələ heç də bu son hadisələrlə qurtarmır. İndi erməni xalqı, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konstruktiv danışıqlar aparmağı bacarmalı, yeganı çıxış yolunu Azərbaycan torpaqlarını qaytarmaq, qonşularla mehriban münasibətlər yaratmaq və regional layihələrə qoşulmaqda görməlidir. Yoxsa, Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsinin uzadılmasına cəhd onlara daha böyük bədbəxtliklər gətirəcək.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında