Azərbaycanın mədəniyyəti özünün yeni intibah dövrünü yaşayır

Mən bu il aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki dərin məzmunlu, parlaq nitqi ilə böyük maraqla tanış oldum. Son dərəcə qürur hissi keçirdim.

Xalqımız prezident seçkilərində böyük səs çoxluğu ilə cənab İlham Əliyevi dövlətimizin ən ali vəzifəsi – Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdi. Bu parlaq qələbədir. Azərbaycan vətəndaşı cənab Prezidentə dərin rəğbət və inam bəsləyir, onu ölkəmizin gələcəyinin qarantı hesab edir.

Xalqımızın öz liderinə bəslədiyi sonsuz inamın əsasında cənab Prezidentin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində əldə edilən böyük uğurlar dayanır. Bu uğurlar müstəqil Azərbaycan dövlətinin taktiki və strateji maraqlarına tam cavab verən, düşünülmüş, mükəmməl siyasətin bəhrəsidir. Bu uğurların nəticəsində müasir Azərbaycan regionun lider dövlətinə çevrilib, bütün dünyada sayılıb-seçilən ölkələrdən biri olub.

Azərbaycan iqtisadi və hərbi cəhətdən gücləndikcə, ölkə vətəndaşının rifahı daha da yaxşılaşır, ölkənin tərəqqisində iştirakı genişlənir. Xalqla Prezident arasında sarsılmaz bir bağlılıq yaranır. Bu bağlılıq cənab Prezidentə dünyanın ən yüksək tribunalarından xalqının, dövlətinin adından qətiyyətlə Azərbaycanın prinsipial mövqeyini və maraqlarını qorumağa imkan verir.

Azərbaycan lideri öz xalqının böyük sərvəti olan milli istiqlalını, ləyaqət və şərəfini yüksək tutan görkəmli dövlət adamıdır. Prezident öz xalqının intellekt və işgüzarlığının, yüksək mədəniyyət və mənəviyyatının rəmzinə çevrildiyi üçün dünyanın gözündə xalqı ilə birlikdə ucalır və layiq olduğu yüksək məqamlarda uca tutulur.

Tarixi böyük şəxsiyyətlər yaradır və irəli aparır. Tarixdə qurub-yaradanlar qalır - Corc Vaşinqton kimi, Şarl de Qoll kimi, Heydər Əliyev kimi! Əldə olunan uğurları, qələbələri artırmaq, yeni zəfərlərə imza atmaq, əlbəttə asan olmur. Heydər Əliyevin müdrik siyasət yolunu ləyaqətlə davam etdirmək üçün böyük siyasi səriştə və səbat lazımdır. Cənab İlham Əliyev məhz belə bir dövlət adamıdır. O xalqlar daha böyük uğurlara imza atır ki, orada tarixi və siyasi varislik ənənələri qorunub saxlanılır.

Təbii ki, zamanın yeni çağırışları və hədəfləri nəzərə alınmaqla, bu ənənələr daha da inkişaf etdirilir. Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin parlaq gələcəyinə xidmət edən azərbaycançılıq ideyalarının qorunaraq səfərbəredici bir qüvvəyə çevrilməsinə nail olur.

Azərbaycan son illər təkcə iqtisadi sahədə deyil, elm, təhsil, mədəniyyət sahələrində də böyük uğurlara imza atmışdır. Son illər Azərbaycan mədəniyyəti öz intibah dövrünü yaşayır. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın gərgin və səmərəli səyləri xüsusi qeyd olunmalıdır.

Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, bu sahədə çalışan bütün insanlar əmindirlər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni, daha böyük və möhtəşəm qələbələr qazanacaq.

Əhməd RAMAZANOV,
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında