Xalqın dəstəyindən güc alan lider

Yadımdadır, ümummilli liderimiz Heydər Əliyev iftixar hissi ilə qeyd etmişdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq! Ulu öndərin bütün dərin mənalı kəlamları kimi bu kəlamı da qısa müddətdə – son 15 ildə öz təsdiqini tapdı. Bunun təsdiqinin bir mənası da dahi öndərin dünyanın siyasi aləmində püxtələşmiş cənab İlham Əliyev qüdrətinə, bacarıq və səriştəsinə olan inamından irəli gəlirdi və o, həm də Azərbaycanın dünyaya Günəş kimi doğacağını İlham Əliyevlə xalq birliyinin təntənəsində görürdü. Ümummilli lider dünyanı heyran edən, hamının diqqətini öz cazibə qüvvəsi ətrafında saxlayan bütün gözəl keyfiyyətləri ilə yanaşı, həm də müdrik bir insan sərrafı idi. Dahi Heydər Əliyev İlham Əliyevin dünyaya açılan geniş pəncərəsinin nur, şəfqət potensialını görüb, duyub, hiss etdikdən sonra bəyan etdi ki, “Mən İlham Əliyevə özüm qədər inanıram!”. Bu heç də adi, sözgəlişi deyilmiş sözlər deyildi.

Son 15 ilin nəticələri göstərdi ki, 50 milyonluq Azərbaycan xalqı cənab İlham Əliyevi özünün Prezidenti hesab edir və bundan qürur duyur. Onlar əyani olaraq görür və dərk edir ki, cənab Prezident ilk növbədə Azərbaycan xalqının mənafeyini müdafiə edir, Vətənin xoşbəxt gələcəyinin bərqərar olması naminə heç nədən çəkinmir. Xalq görür ki, onun tutduğu yol haqq yoludur, ədalət yoludur, müstəqilliyi, sabitliyi qorumaq yoludur.

Dünya şöhrətli siyasətçi cənab İlham Əliyevin bu il aprel ayının 11-də keçirilən prezident seçkilərində xalqın ona olan sevgisi, məhəbbəti sayəsində yenidən ölkə Prezidenti seçilməsi hamının ürəyincə oldu. Cənab Prezident andiçmə mərasimində xalqın etimadını doğruldacağını, Vətənə ləyaqətlə xidmət edəcəyini vurğulayaraq dedi: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.

Xalq öz liderinə inanır. Xalq son 15 ildə cənab İlham Əliyevin, hər sahədə olduğu kimi, sosial məsələlərin həllinə göstərdiyi diqqət və qayğının şahidi olub. Son 15 ildə iqtisadiyyatımızın 3,2 dəfə artması ölkəmizin parlaq gələcəyə xoşbəxt liderlə birgə inamla addımlayacağının bariz göstəricilərindəndir. Cənab Prezident andiçmə mərasimində bu barədə fikrini bildirərək dedi: “Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

Ölkə Prezidenti cənab İlham Əliyev bütün bu yüksəlişin dövlət müstəqilliyimizin bərqərar olması ilə vəhdət təşkil etdiyini andiçmə mərasimində diqqətə çatdırdı: “Azərbaycan xalqı müstəqilliyimizin üstünlüklərinin nədən ibarət olduğunu yaxşı bilir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

SABİR ƏLİYEV,
Azərbaycan Tibb Universitetinin tədris və müalicə işləri üzrə prorektoru,
Əməkdar elm xadimi, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında