İcraçı direktor: Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur

“Araşdırmalar göstərir ki, Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur”.

“APA-Economics”in məlumatına görə, bunu Bakıda “Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası”nın təsis edilməsinə həsr olunmuş konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov deyib.

“Son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların hər biri nağd valyuta tələbatlarını qarşılamaq imkanına malikdir. Mərkəzi Bank banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirib. Bu, sadəcə psixoloji amildir. Bizim apardığımız təhlil göstərir ki, burada alışı həyata keçirən daha çox əhali qrupudur. Son 1 həftə ərzində ortalama valyuta alışı adambaşına 800-1300 dollar olub. Bu, onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb. Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur”, – deyə İ.Alışov vurğulayıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında