Tailandın baş prokuroru: Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır

“Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin Bakıda keçirilən 45-ci iclası mükəmməl təşkilatçılığa görə əvvəlkilərdən fərqlənir. Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi bizə xoş təsir bağışladı. Ölkəniz regional və beynəlxalq əməkdaşlıqda öz fəallığı ilə daim seçilir”.

Bunu BPA İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasında iştirak edən Tailandın baş prokuroru Keunçai Çutivonqse AZƏRTACA müsahibəsində deyib.

Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirən K.Çutivonqse bildirib ki, qarşıda duran problemlərin həllində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə Azərbaycan çox fəaldır. Azərbaycanın nümayəndələri BPA-nın və digər müvafiq beynəlxalq qurumların tədbirlərində aktiv iştirak edirlər. Xüsusilə, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yüksək səviyyədə aparılması ölkənizin bu sahədə qətiyyətini göstərir.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında