Aleksandr Zvyagintsev: Azərbaycan BPA İcraiyyə Komitəsinin 45-ci iclasını yüksək səviyyədə təşkil edib

“İlk növbədə, belə mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə azərbaycanlı həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. Qeyd etməliyəm ki, tədbir çox yüksək səviyyədə təşkil olunub. Əlbəttə ki, mükəmməl görülən bütün işlər daim xatırlanır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər buna nümunədir”.

Bunu Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin Bakıda keçirilən 45-ci iclasında iştirak edən Rusiya baş ­prokurorunun sabiq müavini Aleksandr Zvyagintsev AZƏRTAC-a müsahibəsində deyib.

Ölkələrimiz arasında sıx münasibətlərin mövcud olduğunu vurğulayan A.Zvyagintsev qeyd edib: “Azərbaycan gündən-günə dinamik inkişaf edir, müasirləşir və gözəlləşir. Ölkəniz mədəniyyət paytaxtı da adlandırıla bilər. Xəzər dənizinin gözəlliyini isə xüsusi vurğulamaq istəyirəm. Mənim üçün bu səfər bir çox cəhətdən yaddaqalan olacaq. Azərbaycana səfər etmək, ölkənizin gözəlliyini görmək lazımdır”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında